Modern.az

Türk səfiri: “Özəl şirkətin İrəvana aviareys açmasına hüquqi əngəl tapmırıq”

Türk səfiri: “Özəl şirkətin İrəvana aviareys açmasına hüquqi əngəl tapmırıq”

14 Mart 2013, 17:08



Modern.az-
ın verdiyi məlumata görə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunun Novruz bayramı münasibətilə təşkil etdiyi ziyafətdə bir sıra xarici ölkə diplomatları da iştirak edib.

  Türkiyənin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri öncə Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib. Sonda hətta bayram tonqalının alovlanması ilə keçən mərasimdə səfir son vaxtlar aktual mövzuya çevrilmiş Türkiyə ilə Ermənistan arasında fəaliyyətə başlayan aviareys haqqında da danışıb.

“Siz Türkiyənin mövqeyini çox gözəl bilirsiniz. Lakin davamlı suallar verdiyiniz üçün mən də davamlı açıqlamalar vermək məcburiyyətindəyəm. Türkiyənin Ermənistanla sərhədinin qapalı olduğunu siz də bilirsiniz. Bu sadəcə özəl bir şirkətin həyata keçirdiyi layihədir. Türkiyə Cümhuriyyəti belə bir fəaliyyətə hüquqi cəhətdən əngəl tanımır. Bu səbəbdən də aviareysin həyata keçirilməsi mümkündür. Amma bu Türkiyənin rəsmi mövqeyi deyil. Türkiyə həmişə Azərbaycanın yanında olub. Xüsusən də Dağlıq Qarabağ məsələsində Türkiyə həmişə Azərbaycanın tərəfində olub. Belə olan surətdə ictimaiyyətə yanlış məlumat verib onlarda yanlış fikirlər yaratmaq lazım deyil”. 

Qeyd edək ki, Türkiyə KİV-i Türkiyənin Van şəhəri ilə Ermənistanın paytaxtı İrəvan arasında daimi aviareys açılacağı barədə məlumat vermişdi. Uçuşlar Türkiyənin "Bora Jet" özəl aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır