Modern.az

Martın 15-də Əvəz Zeynallının apellyasiya məhkəməsi olacaq

Martın 15-də Əvəz Zeynallının apellyasiya məhkəməsi olacaq

Təhsil

14 Mart 2013, 18:42


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinə martın 15-də saat 14.40-da Bakı Apellyasiya Məhkəməsinin hakim Ülvi Mayılovun icraatında baxılacaq.

Xatırladaq ki, ötən iclasda Əvəz Zeynallının məhkəmədə iştirakının təmin olunmaması narazılıqla qarşılanıb. Hakim Ülvi Mayılov Ə.Zeynallının məhkəmədə iştirakının təmin edilməsi üçün vəkil tərəfindən əvvəlcədən vəsatət qaldırılmasının vacibliyini qeyd edib. Vəkil E.Sadıqov isə bildirib ki, cavabdeh Bakı İstintaq Təcridxanasına qarşı iddia həm vəkil kimi özü,  həm də Ə.Zeynallı tərəfindən qaldırılıb. O baxımdan da E.Sadıqov Ə.Zeynallının nümayəndəsi və yaxud da vəkili kimi bu məhkəmədə iştirak edə bilməz. Buna görə də, Ə.Zeynallının
məhkəmədə iştirakı mütləq təmin edilməlidir. Əks təqdirdə Avropa Insan Haqları Konvensiyasının və AR qanunlarının “məhkəmədə çəkişmə prinsipinin pozulması” ilə əlaqəli maddələri pozulmuş olacaq. Vəkil Ə.Zeynallının məhkəməyə gətirilməsilə bağlı yazılı vəsatət təqdim etdikdən sonra hakim Ü.Mayılov vəsatətin təmin edildiyini bildirib.

 Ə.Zeynallının vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi