Modern.az

Xocalıdan olan “25-lər”lə bağlı prezidentə müraciət ediləcək

Xocalıdan olan “25-lər”lə bağlı prezidentə müraciət ediləcək

14 Mart 2013, 18:31

Bu gün Xocalıdan hər iki valideynini itirmiş uşaqlarla görüş keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib ki, valideynlərini itirmiş gənclərin əsas problemləri mənzil və şəhidlik statusları ilə bağlıdır. Bu problemlərin həll olunmasının vacibliyin qeyd edən B. Səfərov, mənzil probleminin həllində gənclərə lazımı köməklik göstəriləcəyini qeyd edib.

B. Səfərov Xocalıda hər iki valideynini itirmiş bu gənclərin problemləri ilə bağlı prezident İlham Əliyevə də müraciət edəcəyini də vurğulayıb. Bundan başqa, Milli Məclisin sabah keçirilən plenar iclasında da məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, təşəbbüs “Nur “ Uşaq və Gənclər təşkilatı tərəfindən irəli sürülüb.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?