Modern.az

Avrasiya qiymətləndiricilərinin iclasında Qarabağın işğalından danışılıb

Avrasiya qiymətləndiricilərinin iclasında Qarabağın işğalından danışılıb

15 Mart 2013, 10:53



Moskvada Qiymətləndiricilərin birinçi Ümumrusiya qurultayı öz işinə başlayıb. Qurultayda MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edir. Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, millət vəkili Xanhüseyn Kazımlı da iştirak edir.
İki gün davam edəcək qurultay çərcivəsində iştirakçılar qiymətləndirmə məsələlərinə dair bir sıra vacib məsələləri müzakirə edəcəklər. Qurultayın gündəliyində olan məsələlərdən biri də Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərər barədə qurultay iştirakçılarına məlumat verməkdir.

Ölkəmizi qurultayda təmsil edən millət vəkili, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri Xanhüseyn Kazımlı bildirib ölkə başçısı İlham Əliyevin nəzarətində olan bu məsələ, bundan öncəki konfranslarda da müzakirə olunub və dünya birliyi bu məsələdən agahdır. Qurultay iştirakçıları qarşısında “Dünya anaları işguzar əməkdaşlıga “hə”, münaqişəyə, müharibəyə, terrora isə “yox” deyir” adlı mövzunu təqdim edən millət vəkili Xanhüseyn Kazımlının “həm təbiətin şiltaqlığı və həmdə hegemon dövlətlətlərin bəşəriyyətə bəlalar qətirən, ozlərinə faydalı olan siyasəti nətiçəsində uduzan yalniz işgala məruz qalan ölkələr olur” sözləri Avrasiya qiymətləndiricilərinin geniş içlasında və rəyasət heyəti tərəfindən böyük maraqla qarşılanıb. Çıxışda həmçinin geyd olunub Azərbaycanın işğala məruz qalması, BMT-nin təhlüksəsizlik şurasının 4 qətnaməsi, bu vaxta qədər nədənsə yerinə yetirilməyib.

Xanhüseyn Kazımlı əlavə edib ki, işğalın vurduğu itkilərin beynəlxalq qiymətləndirmə standartları əsasında qiymətləndirilməsi və təcavüzkardan təzminatların tələb edilməsi qarşıya göyulan əsas və vacib məsələdi.
Daha sonra 2012-ci ildə Almatada Avrasiya qiymətləndiriçilərinin Azərbaycan tərəfinə həvalə etdiyi və ölkəmizin hazırladığı layihə qəbul edilib.

Rusiya Qiymətləndirmə Cəmiyyətinin vitse-prezidenti İqor Artyomenkov da Azərbaycanın təqdim etdiyi layihələrin uğurla qarşılandığını və əlaqələrin yüksəlişini sevindirci hal olduğunu bildirib. Əlavə edək ki, qiymətləndiricilərin birinçi Ümumrusiya qurultayı ilk dəfədir ki keçirilir və bu kimi tədbirlərin artıq hər il keçirilməsi planlaşdırılır. 2013-cü ilin iyun ayında isə Avrasiya Qiymətləndiricilər Assosiasiyasiyasinin növbəti konqresinin Bakıda keçiriləcəyi təklif olunub.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir