Modern.az

İslam Partiyası seçki ilə bağlı yekun qərar verəcək - AÇIQLAMA

İslam Partiyası seçki ilə bağlı yekun qərar verəcək - AÇIQLAMA

15 Mart 2013, 11:55
 

“Azərbaycan İslam Partiyasının nizamnaməsi əsasında Baş Məclisi keçiriləcək. Baş Məclisdə prezident seçkisi ilə bağlı məsələlər müzakirə olunacaq”. Bunu Modern.az-a açıqlamasında İslam Partiyasının sədr müavini Rövşən Əhmədov deyib. Onun sözlərinə görə toplantı martın 24-də olacaq.

“Həmçinin digər məsələlər də diskussiya obyekti olacaq. Amma əvvəlcədən hansı qərarın qəbul olunacağını indidən söyləmək çətindir. Hər halda müzakirənin nəticəsində yekun fikir formalaşacaq. Seçki ilə bağlı qərarın qəbul olunacağı isə prioritet və gözləniləndir”, – deyə bildirib.

  Aqşin Kərimov  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı