Modern.az

Milli Məclis iclasa Hikmət Atayevi yad etməklə başladı

Milli Məclis iclasa Hikmət Atayevi yad etməklə başladı

15 Mart 2013, 12:10



Modern.az
saytının məlumatına görə, bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Parlamentin 15 mart iclasının gündəliyinə bir məsələ daxildir.
Belə ki, bugünkü iclasda deputatlar Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyəcəklər. 
Əməkdaşımız parlamentdən xəbər verir ki, Milli Məclisin iclası bir nüçə gün öncə avtomobil qəzasında həlak olmuş deputat Hikmət Atayevin xatirəsini 1 dəqiqəliki sükutla yad edildikdən sonra başlayıb.

110 saylı Zaqatala  seçki dairəsinin deputatı Hikmət Atayev martın 7-də Gürcüstan-Balakən yolunda baş vermiş avtomobil qəzasında dünyasını dəyişib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?