Modern.az

Prezidentdən bank filiallarına qadağa

Prezidentdən bank filiallarına qadağa

15 Mart 2013, 13:58

Rusiya prezidenti Vladimir Putin ölkədə əcnəbi bankların filiallarının açılmasını qadağan edən qanunu imzalayıb. Modern.az rus mətbuatına istinadən bildirir ki, təzə qanuna görə Rusiyada yalnız əcnəbi maliyyə təşkilatlarından törəmə müəssisələr fəaliyyət göstərə bilər. Filiallardan fərqli olaraq törəmə müəssisələr Rusiya Mərkəzi Bankına hesabat təqdim edir, eyni zamanda hökumətin nəzarətində olurlar.

Qeyd edək ki, bu günə kimi Rusiyada heç bir əcnəbi bank filiafının fəaliyyətinə imkan yaradılmayıb. Bu qanunun imzalanması sadəcə olaraq qanunvericilikdəki boşluğu aradan qaldırmaq məqsədi daşıyır.

 

Elçin AĞAYEV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi