Modern.az

Sabah gənclərə "fəxri gənc" mükafatı veriləcək

Sabah gənclərə "fəxri gənc" mükafatı veriləcək

10 Mart 2010, 12:24

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi  “Fəxri gənc” mükafatının növbəti təqdimat mərasimini keçirəcək. Şuranın mətbuat xidmətindən Modern.az-a bildirlib ki, martın 11-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq mərasimdə 12 nominasiya üzrə qalib gəncə mükafat veriləcək. “Fəxri gənc” mükafatı istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin Azərbaycanın milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi ilə təsis edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi