Modern.az

Fuad Muradov Bakı şəhərinə xüsusi status verilməsini istədi

Fuad Muradov Bakı şəhərinə xüsusi status verilməsini istədi

15 Mart 2013, 14:46



“Hökümətin hesabatı prezident İlham Əliyevin təyin etdiyi istiqamət üzrə aparılan işlərin nəticələrini ortaya qoyur. Bu hesabatda öz əksini tapan rəqəmlər, proqnozlar Azərbaycanın gələcək perspektivlərini çox aydın göstərir. İqtisadi inkişafın bu səviyyəsi prezident başda olmaqla hökümətin həyta keçirdiyi düzgün iqtisadi konsepsiyasının həyata keçirilməsi nəticəsində olub”.
Modern.az bildirir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında hökümətin hesabatının müzakirəsi zamanı deputat Fuad Muradov bildirib.

Deputat qeyd edib ki, yeni iş yerləri, regional layihələrdə iştriak, biznes mühitinin yaxşılaşdırlması bu istiqamətdə olan əsas işlərdən biri olub. Ordu      quruculuğu, vətənpərvəlik istiqamətində görülən işlər göz önündə olduğunu deyən F. Muradov vurğulayıb ki, təqdim olunan sənəddə göstərilən rəqəmlər və proqnozlar bizə gələcəyə ümidlə baxmağa imkan verir.

“Azərbaycan bugün regionda əsas dövlətlədən biridir. Ölkəmizin həyata keçirdiyi müstəqil siyasət regionada bir çoxlarının xoşuna gəlməyə bilər. Amma Azərbaycan bu yolu tutub. Ölkəmizin qarşısında çox məsələlər var və mən inanıram ki, prezident və onun komandası, hökümət bu istiqmətdə həyata keçirilən islahatları davam etdirəcək”.

Deputat seçildiyi Səbail rayonu ilə bağlı bir sıra məsələləri hökümət üzvlərini qarşısında qaldırıb. Səbail rayonunu “Bakının gözü” adlandıran deputat vurğulayıb ki, rayon strateji baxımdan Bakının mühüm rayonudur.

“Baş nazirə təşəkkür edirəm. Bir neçə dəfə onun qəbulunda olmuşam. Səbail rayonu ilə bağlı olan məsələləri həll edilməsində bizə çox yaxından kömək edib. Bununla yanaşı, bir neçə məsələlər var ki onlar açıq qalıb. Mən bir neçə dəfə bu məsələyə toxunmuşam. Bu şəhərin işıqlandırılması ilə bağlıdır. Bayıl qəsəbəsində infrastrukturn qurulması üçün xeyli iş görülüb. Amma küçələrin işıqlandırma sistemində problemlər var. Digər məsələ Səbail rayonunda olan qəzalı vəziyyətdə olan evlərlə bağlıdır. Bu məsələni bir neçə dəfə qaldımışam. Bir neçə evə dövlət komissiyası tərəfindən baxış keçirilib. Amma bir neçəsi var ki, bununla bağlı bizə dəstək lazımdır. Bu evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi var. Amma təəssüf ki, Bakı şəhər İcra Hakimiyyətindən cavab ala bilmirik. Bildirilib ki, bu il büdcəsindən vəsait olmadığı üçün bu evlərlə bağlı məsələ açıq qalıb. Buna görə mən yenə baş naziirn qəbuluna getməli olacağam”-deyə F.Muradov vurğulayıb.

Daha sonra bir sıra sosial yönlü narazılıqlara toxunan deputat qeyd edib ki, iş olan yerdə problemlərin olması mümkündür. “Bəzi siyasi qüvvələr çalışırlar ki, bu problemləri qabaradaraq qlobal bir problemə çevirsinlər. Bu mümkün olmaycaq. Xalq ayıqdır, heç bir xarici və daxili qüvvə ölkədə stabilliyi poza bilməz”.

Deputat həmçinin Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlarlın sosial problemlərini də diqqət çəkib və onlarla görüş zamanı qaldırdıqları müraciətləri hökümətə göndərəcəyini bildirib.
“Bu uşaqların sayı cəmi 25 nəfərdir. Onlar indi yetkin gənclərdir. Onların müəyyən problemləri var və biz istəyirik ki yardımçı olaq”-deyən deputat vurğulayıb ki, bu gün Xocalı soyqırımı beynəlxalq səviyyədə tanınır və bu işdə Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın apardığı işlər xüsusi rolu qeyd etmək lazımdır.

F. Muradov həmçinin Bakı şəhərində sıxlığın olması barədə səslənən fikirləri dəstəklədiyini bildirib və Bakıya xüsusi status verilməsini ideyasını müsbət yanaşıb.
“Biz uzun müddətdir müzakirə edirik ki, Bakı şəhərinə xüsusi status verilməlidir. Belə  xüsusi status Bakı şəhərində olan infrastrukturun daha səmərəli istifadəsinə, hökümət tərəfindən xüsusi yanaşmasına gətirib çıxaracaq”-deyə deputat vurğualyıb. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi