Modern.az

Universitetlərdə gender mövzusunda debatlar keçiriləcək

Universitetlərdə gender mövzusunda debatlar keçiriləcək

10 Mart 2010, 14:09

Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirdiyi “Gənclik-bərabər imkanlar” layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirib. Modern.az xəbər verir ki, Azərbaycanda gender probleminin mövcud vəziyyətinə həsr olunmuş dəyirmi masada iştirak edən tələbə-gənclərin təklifləri dinlənib, gənclərin çoxşaxəli debatlarda bir araya gəlməsi vasitəsilə Azərbaycanda gender probleminin müəyyənləşdirilməsi və həlli yolları müzakirə edilib. Azərbaycanda gender bərabərliyi mədəniyyətinin nisbətən aşağı səviyyədə olduğunu deyən BBTK-nın sədri Aysəba Mirzəyeva bu problemin regionlarda daha qabarıq göründyünü bildirib: “Ölkəmizdə gender problemi kəskin şəkildə özünü göstərməsə də, cəmiyyətdə qadın-kişi bərabərliyi sahəsində neqativ hallar hələ də mövcuddur. Bu isə hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməməsi ilə yanaşı, həm də kişi və qadın  hüquqlarının bərabər imkanlarla realizəsinə mane olur”. Gəncləri vətəndaş cəmiyyətinin inkişafında fəal olmağa çağıran A.Mirzəyeva  gender mövzusunda Azərbaycanın 2 universitetində debatların keçirilməsinin planlaşdırıldığını deyib: “Debatların təşkilinə qədər gənclərin iştirakı ilə bu istiqamədə bir sıra ictimai müzakirələr aparmaq fikrindəyik. Kişilərin və qadınların iştirakıyla keçiriləcək müzakirə və diskussiyalar gəncləri, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrini, media və QHT nümayəndələrini əhatə edəcək”.

 

Tədbirə qatılan Azərbaycanda təhsil alan əcnəbi tələbələr hazırda bu mövzunun bütün dünyada geniş müzakirə olunduğunu bildirərək, daha çox kənd və əyalətlərdə yaşayan qadınların bu problemdən əziyyət çəkdiklərini qeyd ediblər. Tələbə-gənclər keçirilən müzakirə və diskussiyaların cəmiyyətə mühüm təsirinə toxunaraq, belə tədbirlərin təşkilinə ehtiyac olduğunu bildiriblər.  

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi