Modern.az

Kərkük türkmənləri – bizimlə eyni nəfəsdə olan xalq

Kərkük türkmənləri – bizimlə eyni nəfəsdə olan xalq

Ədəbi̇yyat

16 Mart 2013, 13:33

Yəqin ki, müxtəlif ifalarda Kərkük bayatılarına hamımız qulaq asmışıq. Ruhumuzdan bir parça, laylanın özü olduğunun da fərqninə varmışıq. Bizlərə Oğuz elindəki sevgi hislərini xatırladan bu nəğmələr şanlı Kərküklərin qanından yoğurulub. Bəs indi Kərküklərlə əlaqəmiz necədir? İstər ədəbi, istərsə mədəni əlaqələrimiz türk amilinin güclənməsinə necə təsir göstərir?

Modern.az bu mövzuda kiçik bir sorğu keçirdib:  

Vaqif Bayatlı Odər (şair): “Çox aktual məsələdir. Lakin təkcə Kərkük yox, eləcə də bizimlə eyni ruhda olan bütün türk xalqları arasında münasibətlər inkişaf etməlidir. İstər Altay olsun, istər Polşada yaşayan türklər, istərsə də yəhudi-karaimləri hamısı ilə əlaqələr genişlənməlidir. Çində və Rusiyanın ərazilərində yaşayan türklərlə də əlaqələrimiz də çox zəifdir. Hazırda Yaxın Şərqdə gedən bütün siyasi proseslərin, iqtisadiyyatın, mədəniyyətin elmin inkişafında türklərin müstəsna xidmətləri var. Türk amilinin formalaşmasında isə Kərkük türkmənlərlərinin misilsiz xidmətləri olub. Ağrılı məqam odur ki, indi onların Azərbaycanla əlaqəsi çox zəifdir. Bizdən onlara dəstək çox azdır. Belə məsələləri tez-tez qaldırmaq lazımdır. Dünyanın hər yerində türklərin olmağı beyinlərdə “mıxlanmalıdır”. Çünki türk amili, türk dili möhkəmlənmənə qədər biz də möhkəmlənməyəcik”.  

 

Mövlud Süleymanlı (xalq yazıçısı): “Azərbaycanda bu istiqamətdə ən çox fəaliyyət göstərən, böyük zəhmət çəkən alim Qəzənfər Paşayevdir. Bu məsələləri ən yaxşı bilən ədəbiyyatçımız o idi. Onun tərtib etdiyi Kərkük bayatıları kitabı hər bir tələbənin stolüstü kitabı idi. Bu çox aktual mövzudur və sağ olun ki buna toxunmusunuz. Bu həmişə qabardılmalıdır”.  

  Məmməd Aslan (şair): “Kərkük türkmənləri nəfəsimiz olan xalqdır. Onlar uzun zaman məruz qaldıqları qətliamlar səbəbindən özlərini türkmən sayırlar. Kərkük başdan-başa bizim ağzımızdır, bizim sözümüzdür, laylamızdır. Bu gün Sarı Aşıqdan çox danışırıq. Amma onu hamımız bilmirik ki, onun bayatıları tamamən Kərkük bayatılarıdır. Sarı Aşığın onlarla bayatısı həm Kərkük elində, həm də bizdə işlənilir. Onların Kərkükdən bizə keçməsi, ya bizlərdən Kərkükə keçməsinin araşdırmağa hacət yoxdur. Çünki biz eyni adamıq.  

Qaraltıdı 

Bu yerlər qaraltıdı

Can gedib, cəsəd qalıb 

Batıb dan qaraltıdı   

Gün üşüdü

 

Şeh düşdü gün üşüdü 

Güldün ağlın apardın 

Bu necə gülüşüydü    

Saatlarla yol gedəsən yenə bunları ayıra bilməzsən. Eyni ruhdur bunlar”.    

Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı