Modern.az

Məşhur yazıçıların açıqcaları

Məşhur yazıçıların açıqcaları

16 Mart 2013, 16:18

Fitsceraldın 1937-ci il özünə yazdığı açıqça



Dahi yazarların yazdığı açıqcalar arasında ən maraqlılarından biri də Skot Fitsceraldın özünə yazdığı məktub 1937-ci ildə yazılıb. Həmin vaxta Hollivudda ssenariçilik edən Fitsceraldın məktubu yazarkən möhkəm sərxoş olduğu deyilir. Lakin hələ də ağzı açılmayan məktub Fitsceralddan xatirə kimi saxlanılır.

Ceyms Coysun naşir Matheusa yazdığı açıqça



Həmin vaxt Ceyms Coys hamıdan uzaqda öz istəyi ilə İrlandiyadan uzaqlaşın Avstriya-Macarıstanın şəhəri olan Triyestə gedir. Bir növ orda sürgün həyatı yaşayır. Orda müəllimlik etməklə yanaşı, hekayələrindən ibarət “Dublinlilər” kitabını da yazır. Nəşr etmək istəyəndə naşir bəzi səbəblərdən kitabın nəşrindən imtina edir. Coys ona qəti qərar gəlmək üçün bu məktubu yazır. Lakin Matheus yenə imtina edir. Beləliklə, 6 il çap olunmayan “Dublinlilər” Coysa böyük mənəvi əzab verir.

Kafkanın naşir Volfa yazdığı açıqça



Hamı Kafkanı özünə qapanan, bütün insanlardan uzaq biri kimi tanısa da onun ictimai mövqeyin də ortaya çıxır. Həmin vaxt, yəni 25 mart 1913-cü il tarixin də Kafka onunla eyni nəşriyyata əsərlərini verən bir qrup yazıçı ilə görüşmək üçün Berlinə gəlir. Onlar qərara gəlirlər ki, nəşriyyatın direktoru Vollf Kafkanın adından məktub yazıb onun razılığını alsınlar. Bundan sonra Kafka özünün “Çevrilmə” hekayəsi haqqında da Volfa yazır. Volf cavabında isə bu “böcək hekayəsini“ səbirsizliklə gözləyəcəyini demişdi.

Hemenqueyin psixoloquna yazdığı açıqça



1924-cü ilin yazında Heminquey öküz güləşi yarışlarına qatılmaq üçün İspaniyaya gedir. O, şəxsi psixoloqu  və yaxın yoldaşı olan öküz güləşi pərəstişkarı Steynə yolladığı açıqcada əqli inkişafları haqqında həvəslə danışır. "Sabah çox böyük, altı öküz olacaq. Bunlar uzun və digərlərinin arasında bir qurd kimi diqqəti cəlb edir".

Elmin Nuri

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir