Modern.az

Rusiya PEN-Mərkəzi Əkrəm Əylisliyə görə Bakıdakı tədbirdə iştirakı rədd etdi

Rusiya PEN-Mərkəzi Əkrəm Əylisliyə görə Bakıdakı tədbirdə iştirakı rədd etdi

Ədəbi̇yyat

18 Mart 2013, 15:15

Rusiya PEN-Mərkəzi Azərbaycanda keçiriləcək Kitab Forumunda iştirakdan rəsmən imtina edib. Modern.az xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsi bu haqda rəsmi bəyanatla çıxış edib. Rəsmi bəyanatda bildirilir ki, Rusiya PEN-Mərkəzi bu il mayın 3-5-i aralığında Bakıda keçiriləcək Beynəlxalq Kitab Forumu və Ədəbi Festivalda iştirakı rədd etməyə məcburdur.

Sənəddə imtinanın səbəbi kimi “Daş yuxular” romanına görə Əkrəm Əylislinin təqib olunmasıdır. “Onun adı böhtan və şər atmosferi ilə əhatə olunub”, – deyə bəyanatda qeyd olunur.

Sənədin sonunda Rusiya PEN-Mərkəzi bir daha Ə. Əylisliyə qarşı təqiblərin dayandırılmasını tələb edib.

Kitab Forumu Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunub, tədbir Bakı və Gəncədə keçiriləcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi