Modern.az

Ağcabədidə muğam ifaçılarının konserti

Ağcabədidə muğam ifaçılarının konserti

Mədəni̇yyət

18 Mart 2013, 16:33

Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində rayonun musiqi kollektivlərinin və muğam ifaçılarının konserti olub. Modern.az xəbər verir ki, mədəniyyət və ictimaiyyət xadimlərinin, muğamsevərlərin iştirak etdiyi mərasimdə Qarabağ Muğam Mərkəzinin, uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında muğam, xalq mahnıları və təsniflər səsləndirilmişdir. İfa olunan muğam və təsniflər rayon ictimaiyyətinin nümayəndələri və muğamsevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər