Modern.az

Dalay Lama yenə Çini qəzəbləndirdi

Dalay Lama yenə Çini qəzəbləndirdi

10 Mart 2010, 20:01

Tibetin dini lideri Dalay Lama növbəti dəfə Çin hakimiyyətini qəzəbləndirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Dalay Lama uyğur türklərinin yaşadığı Çinin Sincan vilayətini  “Şərqi Türküstan” adlandırıb.  Tibettdən Hindistana sürgün olunmasının 51-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Tibet möminlərinin mənəvi lideri Çin hakmiyyətini hövsələdən çıxararaq Sincan  türklərinə dəstək nümayiş etdirib. “Böyük sıxıntılar çəkən və təzyiqlər altında olan Şərqi Türküstanı unutmamalıyıq. Şərqi Türküstandakı türklərə dəstəyimizi və onlarla birlikdə olmağımızı çatdırmaq istəyirəm”,-deyə Dalay Lama bildirib. O, Çin hakimiyyətinin Tibetdə buddizm dininə qulluq edənlərə  qarşı təzyiqlərinin qəbul edilməz olduğunu deyib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub