Modern.az

Hər il neçə polis əməkdaşı cəzalandırılır?

Hər il neçə polis əməkdaşı cəzalandırılır?

11 Mart 2010, 09:24

Hər il xidməti vəzifələrin yerinə yetirilməsi prosesində qanunçuluğa insan hüquq və azadlıqlarına zidd əməllərə yol verən bir qrup polis əməkdaşı daxili işlər orqanlarından xaric olunur. 2009-cu ildə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 151 fakta görə, daxili işlər orqanlarının 253 əməkdaşı barəsində ciddi intizam tənbehi tədbir görülüb, o cümlədən 13 nəfər bu sistemdə xidmətdən xaric olunub. Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib. Hesabata görə, ötən il daxili nəzarət qaydasında əldə olunmuş məlumatlar üzrə aparılan araşdırmalarla hərəkətlərində korrupsiya elementi olan 9 əməkdaş daxili işlər orqanlarında xidmətdən kənarlaşdırılıb, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb. Ümumiyyətlə il ərzində DİN-ə daxili işlər orqanları əməkdaşlarının korrupsiya ilə əlaqədar hüquqpozmalara yol vermələri barədə 209 müraciət daxil olub. Hesabat dövründə polis əməkdaşlarının qeyri-etik davranışları barədə DİN-ə daxil olan 118 müraciətin hər birinin araşdırıldığı, onlardan təsdiqini tapmış faktlar üzrə 24 əməkdaşın intizam məsiliyyətinə cəlb edildiyi bildirilib. Rəsmi məlumata görə, 2008-ci ildə fəaliyyətlərində yol verdikləri kobud pozuntulara görə, daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı 164 nəfər təşkil edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?