Modern.az

Tanınmış müğənnilər bu gün cəbhə bölgəsinə gediblər

Tanınmış müğənnilər bu gün cəbhə bölgəsinə gediblər

11 Mart 2010, 10:54

“Şəhid anaları xeyriyyə mərkəzi” İctimai Birliyinin Füzuli rayon təşkilatının sədri Mənsurə Abdullayevanın təşkilatçılığı ilə bir qrup ictimaiyyət və KİV nümayəndəsi, ziyalılar, sənətçilər bu gün cəbhə bölgəsinə əsgərlərlə görüşə yollanıblar. Modern.az xəbər verir ki, Füzulidəki “N” saylı hərbi hissədə keçiriləcək tədbirdə hərbçilərə Novruz sovqatı veriləcək, tanınmış müğənnilər Qəndab Quliyeva, Süleyman Abdullayev,  Səyyad Əlizadə, aşıq Mehdi Mənsimov, bədii qiraət ustası Ağalar Bayramov əsgərlər qarşısında çıxış edəcəklər. Tədbirin təşkilatçısı Mənsurə Abdullayevanın sözlərinə görə, “Şəhid anaları xeyriyyə mərkəzi” İctimai Birliyinin Füzuli rayon təşkilatı bütün bayramlarda hərbi hissələrə belə səfərlər təşkil edir. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir