Modern.az

Məşhur azərbaycanlı rəssamın qızının çılpaq FOTOSU müzakirələrə səbəb oldu

Məşhur azərbaycanlı rəssamın qızının çılpaq FOTOSU müzakirələrə səbəb oldu

26 Mart 2013, 09:26

Modern.az saytı xəbər verir ki, məşhur azərbaycanlı rəssam Tahir Salahovun qızı Aydan Salahova açıq-saçıq şəkillər çəkdirib. Şəkillər Aydan Salahovanın rusiyanın “interviewrussia.ru” saytına müsahibəsilə birgə yayımlanıb.

“İnterviewrussia.ru” saytına müsahibəni Aydan Salahovadan məşhur model Naomi Kempell alıb. Müsahibədə Aydan Salahova rəssamlıq yaradıcılığından, bu sənətin sirlərindən bəhs edib. Eyni zamanda o, ateist olmasından, müəyyən məsələlərə fərqli baxış sərgiləməsindən, bu baxışları öz yaradıcılığında gerçəkləşdirməyə çalışmasından da danışıb.

Qeyd edək ki, rəssam, heykəltaraş, videorejisssor, performansist, diler, qalereya sahibi, müəllimə Aydan Salahova uzun illərdir Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan” qalareyası) açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır. Bir oğlu olan Aydan Salahova incəsənətlə bağlı hər şeyi sınaqdan keçirməyə qərarlıdır. Və artıq çoxunu da sınaqdan keçirib.

Aydan Salahovanın səs-küy yaradan bu müsahibəsi və şəkilləri  artıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.




A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!