Modern.az

"Əl-Qaidə" terrorçularına qoşulan 4 azərbaycanlı beynəlxalq axtarışdadır

"Əl-Qaidə" terrorçularına qoşulan 4 azərbaycanlı beynəlxalq axtarışdadır

Ölkə

11 Mart 2010, 12:53

Terrorçuluğa, separatizmə, dini ekstremizmə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası vətəndaşlarından ibarət olan bir qrup radikal vəhhabinin Pakistanın Şimali Vəziristan vilayətinə getmələri, orada “Əl-Qaidə” terror təşkilatının  və talibançıların silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə iştirak etmələri müəyyənləşdirlib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2009-cu ilə dair Milli Məclisə təqdim etdiyi hesabatında qeyd olunub.

Məlumata görə,

“Əl-Qaidə” terror təşkilatının və talibançıların silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə iştirak etmələri müəyyənləşdirlən azərbaycanlılardan

18 nəfəri saxlanılıb, onlar barəsində Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarəsi tərəfindən cinayət işi başlanıb. 4 nəfər barəsində isə beynəlxalq axtarış elan olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı