Modern.az

Mərkəzi Bank bəyanat verdi: "Heç bir bank bağlanmır"

Mərkəzi Bank bəyanat verdi: "Heç bir bank bağlanmır"

11 Mart 2010, 14:36

Azərbaycan Respublikasının Mərkəzi Bankı son günlər bəzi kütləvi informasiya vasitələrində ölkədə fəaliyyət göstərən bankların bağlanması, birləşməsi və ya müflisləşməsi ilə əlaqədar məlumatlara münasibət bildirib.
Mərkəzi Bankın bəyanatında bildirlib: "Bununla bağlı Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, bankların bağlanması və ya birləşməsi məsələsi hal-hazırda müzakirə edilmir və bununla bağlı heç bir qərar yoxdur.
Hazırda ölkənin bank sistemi fəaliyyətini normal iş rejimində davam etdirir, onun maliyyə vəziyyətinə və sağlamlığına mənfi təsir göstərəcək heç bir ciddi amil yoxdur.
Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada banklar qlobal iqtisadi böhranın sınağından uğurla çıxa bilmişdir.
Nüfuzlu beynəlxalq maliyyə təşkilatları da təsdiq edirlər ki, Azərbaycanda əmanətçilərin vəsaitlərini ən etibarlı şəkildə qoruyan sağlam bank sistemi fəaliyyət göstərir".
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...