Modern.az

Mədəniyyət yazarları Səfurə Əlizadənin seçilməsinə necə baxırlar? (sorğu)

Mədəniyyət yazarları Səfurə Əlizadənin seçilməsinə necə baxırlar? (sorğu)

11 Mart 2010, 15:11

st1:*{behavior:url(#ieooui) }

Bu il mayın 27-də “Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin seçilməsi birmənalı qarşılanmadı. Milli seçim turunda saxtakarlığın olduğunu iddia edənlər də var, Səfurənin seçilməsinə tərəfdar olanlar da. “Eurovision-2010”  mövzusunu gündəmdə saxlayan, bu barədə başqalarının fikirlərini mətbuatda işıqlandıran mədəniyyət yazarlarının özləri nə düşünür? Modern az mədəniyyət sahəsindən yazan jurnalistlər arasında sorğu keçirib, onlardan Səfurə Əlizadənin seçilməsinə münasibət öyrənib.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı: “Əslində olan olub, keçən də keçib. Səfurə Əlizadə artıq seçilib. Biz onu daşqalaq etməklə heç nəyə nail olmayacağıq. Səfurə Əlizadəni dəstəkləməliyik. Ruhlandırmalıyıq ki, o da özündə güvən hiss etsin”.

“Trend-Life” İnformasiya Agentliyinin əməkdaşı Şahin Cavadsoy:

 “Açığı mən onu dəstəkləyirəm. 2008- ci ildə “Yeni ulduz” yarışmasının qalibi olub. O qızın potensialı həmişə diqqətimi çəkib. Bir sıra media nümayəndələri Səfurəyə qarşı “qara piar” kampaniyasına başlayıb. Ancaq bu düzgün deyil. Azərbaycanlı olduğumuz üçün onu dəstəkləməliyik. Mən seçimə pozitiv yanaşıram. Hesab edirəm ki, Səfurə Əlizadə Azərbaycanı uğurla təmsil edəcək”.

APA-nın əməkdaşı Ülkər Qasımova: “Mən çox istəyirəm ki, Səfurə bütün deyilən mənfi fikirləri yanıltsın. Üzü ağ, alnıaçıq Vətənə dönsün. Mən Səfurəyə inanıram. Bu peşəkarların seçimidir. Səfurənin istedadı olmasa idi, nə altılığa, nə də üçlüyə düşə bilərdi. Keçən il Aysel Teymurzadə də seçiləndə eynilə bu cür reaksiya olmuşdu. Aysel Vətənə uğurla qayıdandan sonra hamı onu dəstəkləyirdi. İndidən Səfurəyə dəstək olmalıyıq. Safurənin Ukraynadakı çıxışını izlədim, çox yaxşı ifa etdi. Kim olursa olsun, Azərbaycanı təmsil edəcək. Yerli mətbuatın tənqidi mövqeyi nəyə lazımdır. İnanıram ki, Səfurə ən azından onluğa düşə biləcək”.

Lent.az portalının əməkdaşı Lalə Yusifqızı: “Düzü mən Səfurəni “Yeni ulduz”da izləməmişəm. Seçimi məsul şəxslər edib. Onluğa düşə bilər. Burda əsas istedad, səs vacib deyil. Önəmli olan yaxşı şou və proqram göstərməkdir. Azərbaycanın xaricdəki diasporundan da çox şey asılıdır”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Nərgiz İsmayılova: “Hesab edirəm ki, mütəxəssislərin seçimi doğrudur. Son dərəcədə çalışqan qızdır. Bir cür çıxmasın, dişləri onun ifasına mane olur. Ancaq öz üzərində çalışan gəncdir. İnanıram ki, onluğa düşə bilər. Həm də seçilən seçilib. İndi bütün failiyyət Səfurənin dəstəklənməsinə yönəlməlidir. Xaricdə yaşayan azərbaycanlılar aktiv olmalıdır”.

“Ekspress” qəzetinin əməkdaşı İlqarə: “Seçim uğurludur. Səsi də pis deyil. Zənnimcə, geyimdə milli görüntü yaratsaq, daha yaxşı olar. Üzdəniraq qonşumuz ermənilər həmişə çıxışlarında öz geyim tərzlərini saxlayırlar. Keçən il Aysel yaxşı yer tutdu. Ancaq bu bizim deyil, Araşın uğuru idi. Ayselin bir tərəfi də xristanlığa gedib çıxır. Mən millətçi bir insanam. Əgər Səfurə tək çıxışla onluğa düşə bilsə, bu zaman bu əsl azəri qızının, Azərbaycanın uğuru olacaq”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Aysər: “Hər halda seçildi. Pis seçim deyil. İnanıram ki, Azərbaycanı layiqincə təmsil edəcək.

Hazırladı Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?