Modern.az

Argentinanın Azərbaycanda səfirliyi təsis edilib

Argentinanın Azərbaycanda səfirliyi təsis edilib

27 Mart 2013, 16:43

Buenos-Ayresdə Argentinanın Azərbaycanda Səfirliyinin təsis edilməsi və səfir Karlos Dante Rivanın Bakıya yola salınması münasibətilə rəsmi ziyafət verilib.

Argentina Respublikasının Azərbaycanda Səfirliyinin təsis edilməsi və iqamətgahı Bakı şəhərində olmaqla Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın yola salınması münasibətilə Azərbaycanın Buenos-Ayresdəki Səfilriyi tərəfindən rəsmi ziyafət verilib.

Ziyafətdə Argentinanın müxtəlif nazirliklərinin rəhbər şəxsləri, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvləri olan çoxsaylı senator və deputatlar, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun üzvləri, ölkənin tanınmış alimləri, siyasi analitikləri, intellektualları, ictimai xadimləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə son illərdə intensivliyi ilə seçilən Azərbaycan-Argentina münasibətlərindən danışıb, Argentinanın Azərbaycana Səfirliyinin təsis edilməsi və ölkəmizə fövqəladə və səlahiyyətli səfir K.D.Rivanın təyin edilməsini əlaqələrimizdə əlamətdar hadisələr kimi qiymətləndirib və bunların iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıbdır. Səfir növbəti illərdə iki ölkə arasında əlaqələrin daha da dərinləşərək hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyindən əminliyini bildirmiş, səfir Rivanın rəhbərliyi ilə Argentinanın Bakıdakı diplomatik missiyasına uğurlar arzulyıbdır.

Argentina hökuməti adından çıxış edən xarici siyasət üzrə dövlət katibinin müavini xanım Maria del Carmen Squeff Azərbaycanın Argentina üçün önəmli tərəfdaş olduğunu deyib, Azərbaycanın Buenos-Ayresdə Səfirliyinin təsis edilməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə yaxın təmasların qurulduğu, çoxsaylı səfərlərin həyata keçirildiyi, sazişlərin imzalandığını bildiibdir. Ötən il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi vaxtı Azərbaycana səfər etdiyini deyən Argentina nümayəndəsi Azərbaycanı yüksək sosial-iqtisadi inkişaf və müxtəlif din və mədəniyyətlərin sülh içində yaşadığı yüksək tolerantlığı ilə seçilən ölkə kimi xarakterizə etmişdir. Argentina hökumətinin Azərbaycanda Səfirliyini təsis etmək və Bakıya səfir təyin etməklə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bildirən xanım Squeff səfir K.D.Rivaya fəaliyyətində müvəffəqiyyətlər diləyibr.

Sonra çıxış edən səfir K.D.Riva təşkil edilmiş ziyafətə görə təşəkkürünü bildirmiş, Argentinanın Azərbaycana ilk rezident səfiri təyin olunmasından şərəf duyduğunu demiş və Azərbaycanda həyata keçirəcəyi fəaliyyət istiqamətləri barədə danışıb.

Habelə, tədbirdə çıxış edən Argentina Mili Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun sədri Roberto Mouilleron son illərdə Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycana 2011 və 2012-ci illərdə həyata keçirilmiş səfərləri barədə danışmış, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüübdür.

Tədbirdə həmçinin Argentianın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnsititutu (İRİ) nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq Kafedrası” tərəfindən dərc edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” (Que se sobre Azerbaiyan?) kitabının təqdimatı keçirilib. Kitab ötən il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səfirliyin dəstəyi ilə Argentianın La Plata Dövlət Universitetindəki “Azərbaycanşünaslıq Kafedrası” tərəfindən təşkil edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı-inşa müsabiqəsinin qaliblərinin yazılarının və ötən ilin dekabr ayında Azərbaycana səfərdən qayıtdıqdan sonra təəssüratlarının toplusudur. Kitabın təqdimatı məqsədilə çıxış etmiş “Azərbaycanşünaslıq kafedarsı”nın katibi professor Paulo Botta müsabiqənin keçirilməsi və qaliblərin Azərbaycana səfəri, habelə kafedranın fəaliyyəti barədə məlumat vermişdir. Çıxışın ardınca müsabiqə qaliblərinin Azərbaycana səfəri vaxtı çəkdirdikləri fotoşəkillərdən ibarət musiqili çarx təqdim olunub.

Tədbirdə sonda çıxış edən Buenos-Ayresdəki Belgrano Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Xorxe Marmol Kastro deyib ki, son illərdə Azərbaycana səfər etmiş bir qrup argentinalı siyasi, işgüzar, akademik-intellektual, mədəni və təhsil dairələrinin nümayəndələrinin Azərbaycana valeh olaraq Azərbaycanın tanıdılması və iki ölkə xalqları arasında təmasların gücləndirilməsi üçün “Azərbaycanın Argentinalı Dostları Klubu”nu yaratmaq təşəbbüsü irəli sürüblər. Tədbir iştirakçılarını bu kluba daxil olmağa dəvət edən Xorxe Marmol Kastro klubun Azərbaycanla bağlı müxtəlif seminar, konfrans, sərgi, musiqi gecələri, sosial yığıncaqların təşkili edəcəyini deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi