Modern.az

Büdcə təşkilatlarında nöqsanlara yol verən 367 vəzifəli şəxs cəzalandırılıb

Büdcə təşkilatlarında nöqsanlara yol verən 367 vəzifəli şəxs cəzalandırılıb

11 Mart 2010, 16:04

2009-cu ildə aparılmış  təftiş və yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol vermiş 367 nəfər vəzifəli şəxsə AR İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunmuş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2009-cu illə bağlı Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib. 

Aparılan araşdırmalar nəticəsində xidməti fəaliyyətində yol verdiyi qanun pozuntularına görə, 128 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Vergilər Nazirliyinin daxili nəzarət strukturuna daxil olmuş müraciət və təqdimatların araşdırılması nəticəsində 86 nəfər vergi xidməti əməkdaşı barəsində inzibati tənbeh tədbiri görülüb, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 nəfər istintaqla bağlı işdən kənarlaşdırılıb, 1 nəfərin isə vergi orqanlarında xidmətinəı xitam verilib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır