Modern.az

Parlament davaları - bir deputatın dodağı partlayır, o birinin qulağı əzilir - VİDEO

Parlament davaları - bir deputatın dodağı partlayır, o birinin qulağı əzilir - VİDEO

İqtisadiyyat

27 Mart 2013, 18:01

Modern.az “Parlament davaları” rubrikasına start verir. Bu rubrikada dünya ölkələrinin parlamentlərində baş vermiş qalmaqalların videogörüntüləri təqdim ediləcək.
Bu qəbildən ilk material Ukrayna Ali Radasında  rus dili ilə bağlı baş vermiş son qalmaqalı özündə əks elətdirir.

Videomaterialın xülasəsi: Regionlar Partiyasınınn sədri Aleksandr Efremov rus dilində çıxış edərək “Azadlıq” Partiyasından olan deputatları rus dilinə qarşı çıxdıqları üçün neofaşist adlandırır. Bundan sonra iclas zalında ara qarışır, dəftər itir. Nəticədə Regionlar Partiyasının üzvü “Azadlıq“ Partiyasından İrina Sexin dodağını partladır, qarşılığında isə öz qulağı zədələnir. Ali Radanın spikeri Vladimer Rıbak isə öz növbəsində iclası təxirə salır.

 

 Elçin AĞAYEV  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür