Modern.az

Aralıq Dənizi Parlament Assambleyası AVRONEST-lə əməkdaşlıq edəcək

Aralıq Dənizi Parlament Assambleyası AVRONEST-lə əməkdaşlıq edəcək

Aktual

28 Mart 2013, 11:45


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov Aralıq Dənizi ölkələri Parlament Assambleyasının Baş katibi Sergio Piazii ilə göruşüb. Qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirlir ki, görüşdə Milli Məclis və Aralıq Dənizi Parlament Assambleyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
F. Muradov və Sergio Piazii həmçinin Avronest Parlament Assambleyası və Aralıq Dənizi Parlament Assambleyasının enerji təhlükəsiziliyi Komitələri arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirib. Görüş zamanı deputat Fuad Muradov rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı haqda məlumat verərək gələcək əməkdaşlıq üçün bir sıra təkilifləri irəli sürüb. Müzakirələr nəticəsinə yaxın gələcəkdə bu təşkilatlar arasında memorandumun imzalanması vacibliyini vurğuluyabılar. Baş Katib S. Piazii təqdim olunan təkliflərin və gələcəkdə real layihələrin həyata keçməsində maraqlı olduqlarını deyib. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!