Modern.az

Kinostudiya rəhbəri rejissorun yalanını üzə çıxardı

Kinostudiya rəhbəri rejissorun yalanını üzə çıxardı

28 Mart 2013, 12:58

“Azərbaycanfilm” kinostudiyasında Xətai haqda film təsdiq olunmayıb, yəni ssenari qəbul olunmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Xatırladaq ki, bir müddət öncə Modern.az-a açıqlamasında rejissor Əbdül Mahmudov Şah İsmayıl Xətai haqqında yarımçıq qalmış filminin çəkilişlərinə başlamaq üçün “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla anlaşdığını qeyd eləmişdi. 

“Çəkiliş prosesində filmin dayandırılması qeyd edilir, amma burada aydınlıq gətirim ki, bu film kinostudiyada qəbul olunmayıb”, – deyən M. Hətəmovun sözlərinə görə, bu gün Azərbaycanda bizdə çoxlu tarixi filmlər çəkilir. “Amma bu filmlərdən o qədər də keyfiyyətli nəticə almırıq. Güclü rejissorun olması hələ məsələni tam həll etmir, eyni zamanda güclü komanda olmalıdır ki, müasir industriyanı düzgün qiymətləndirsin. Filmin hazırlıq prosesində artıq bəlli olur ki, onun nəticəsi necə olacaq, nə kimi uğurlar gətiriləcək”.  

M. Hətəmov qeyd edib ki, əgər gələcəkdə məsləhət olarsa, Şah İsmayıl Xətai filmi çəkilə bilər, amma hazırda belə bir plan yoxdur.     Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov isə qeyd edib ki, ötən əsrin 90-cı illərində Əbdül Mahmudovun belə ssenari yazması barədə söhbətləri xatırlayır. Amma o, bu filmin dövlət sifarişi şəklini aldığını xatırlamır. “İstehsalına başlamasını deyə bilmərəm, amma filmin təmtəraqlı posteri var idi. Onun yenidən çəkilişi bəlkə ola bilər. Amma həmin layihənin gündəlikdə olması haqda məlumatım yoxdur”.

“Şah İsmayıl Xətai haqqında filmin ssenarisi üzərində iş gedir”. Bu barədə Modern.az-a açıqlama verən rejissor Əbdül Mahmudovun özü bildirib ki, artıq o, ANS Şirkətlər Qrupu ilə əməkdaşlığa başlayıb. O, Vahid Mustafayevin planlaşdırdığı filmin çəkilişində məsləhətçi kimi iştirak edəcək. “Filmi serial kimi plana salıblar”. Rejissor onu da bildirib ki, filim müəllifi və ssenari müəllifi, daxili məsləhətçi kimi fəaliyyəti çox olacaq.

 

Aytən Əliyeva

Gültəkin Ələsgər 

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər