Modern.az

Nazpəridən həmkarı İlhamə Quliyevaya məsləhət: “Borcunu qaytar!”

Nazpəridən həmkarı İlhamə Quliyevaya məsləhət: “Borcunu qaytar!”

28 Mart 2013, 13:36

“Məgər İlhamə Quliyeva pul alanda mən onun yanında idim?! Mənim heç bir məlumatın yayılmasında əlim yoxdur. İlhamə Quliyevaya deyən gərəkdir ki, aldığın borcu geri qaytar”. Bunu Modern.az-a açıqlamasında Nazpəri Dostəliyeva deyib. “Özümü çox əla hiss edirəm. Yayılan məlumatlara nə aidiyyatım ola bilər, bilmirəm”, – deyə müğənni bildirib.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva Moskvada yaşayan Ümumrusiya Azərbaycanlılar konqresinin sədri Mirəşrəf Fətiyevdən 35 min ABŞ dollar borc pul aldığı xəbəri yayılıb. Onun iddiasına görə, M. Fətiyev dəfələrlə ona zəng etsə də, xalq artisti onun telefonuna cavab verməyib. İş adamı onu da bildirib ki, o, pulunu məhkəmə yolu ilə alacaq. 

İlhamə Quliyev isə öz növbəsində yayılan xəbəri inkar edib və bildirib ki, söhbətin nədən və haradan qaynaqlandığını, kimin yaydığını bilir. Xalq artistinin bu sözlərlə kimi hədəfə aldığı dəqiq bilinməsə də digər həmkarı Nazpəri Dostəliyevanı nəzərdə tutması ilə bağlı artıq məlumatlar yayıb.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir