Modern.az

Təhlükəsiz İnternetə Dəstək Olaq!

Təhlükəsiz İnternetə Dəstək Olaq!

28 Mart 2013, 16:09


Son dövrlərdə gənc fəallar, təşkilatlar, ictimai hərəkatlar və həmçinin gündən günə artan fəal bloggerlər üçün Sosial Media, informasiyanın paylaşılması və tədbirlərin təşkili baxımından zəruri alətə çevrilib. Lakin elektron mediadan istifadə labüd hal alsa da, virtual təhlükəsizlik və məxfiliyin qorunması istənilən həddə deyil. Üstəlik, bir çox istifadəçi virtual təhlükədən və onun fəsadlarından xəbərdar deyil. İctimai sahədə qeyri-hökumət təşkilatları (QHT) və bloggerlərin daha fəal olduğunu nəzərə alaraq, Avrasiya Əməkdaşlıq Fondu TOL Media Akademiyası ilə birgə, onları internet təhlükəsizliyi mövzusunda maarifləndirmək və  internetdən təhlükəsiz istifadənin yollarını göstərmək məqsədilə təlimlər təşkil etmək qərarına gəlib.

Yerli Təşəbbüslərə dəstək üçün Kanada Fondunun maliyyə dəstəyilə 22-27 mart tarixlərində Novxanı Olimpik mehmanxanasında QHT, media və ictimai hərəkatların üzvlərindən ibarət 24 nəfərlik və həmçinin bloggerlərdən ibarət 23 nəfərlik qruplara üç günlük təlimlər təşkil olundu. Əsasən Azərbaycanın regionlarından təşrif buyuran iştirakçılara İnternetdə şəxsi təhlükəsizlik üzrə mütəxəssis Emin Hüseynzadə sosial şəbəkələrdə təhlükəsizlik, mobil rabitədə təhlükəsizlik, onlayn ünsiyyət, internetdə viruslardan qorunma, itmiş faylların bərpa olunması və s mövzularda məlumat verdi.

Virtual təhlükəsizlik probleminin cəmiyyətdə geniş müzakirə olunmaması bu məsələlərin əhəmiyyətini anlamağa mane olur. Biləsuvarda fəaliyyət göstərən “Dünyaya Pəncərə” təşkilatının nümayəndəsi, AƏF-in Gənclər Fondunun fəal üzvü, eləcə də hazırkı təlimin iştirakçılardan biri olan Ziya Bağırov da etiraf edir ki, bu təlimə gələnə qədər bu cür təhlükələrin fərqinə varmayıb: “Amma burda danışdığımız problemlərin çoxunu yaşamışam. İndi isə həllini də tapıram”.

 FACEBOOK-da da təhlükə var



“Nə qədər, kompüter və internet var, sosial şəbəkələrdə təhlükəsizlik mövzusu aktual olaraq qalacaq”. Bunu da təlimin digər iştirakçısı, Newstime.az media agentliyinin təsisçisi və baş redaktoru Qoşqar Abbas deyir. Onun fikrincə, gündəlik istifadə etdiyimiz Facebookşəbəkəsində də təhlükə  mövcuddur. “Təəssüf ki, təhlükəli yolları bilənlər onlardan istifadə edir. Biz isə burda onlardan qorunmağın yollarını öyrənirik”.

Onlayn təhlükəsizliyə həsr olunmuş təlimdə informasiya mədəniyyəti anlayışından da söz açıldı. Yeni media və onlayn kommunikasiya üzrə təlimçiRəşad Əliyev iştirakçılarla etik normaları müzakirə etdi. Xaçmaz üzrə Avropa Hərəkatının üzvü Günel Hüseynzadənin də dediyi kimi, mövzuların müxtəlifliyi və rəngli enercayzerlər tədbir boyunca darıxmağa imkan vermədi.





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?