Modern.az

Elçibəyin ailəsi: “3 aydır cinayət işindən xəbərimiz yoxdur”

Elçibəyin ailəsi: “3 aydır cinayət işindən xəbərimiz yoxdur”

Aktual

29 Mart 2013, 10:39

“Nə biz maraqlanırıq, nə də onlar bizə xəbər edirlər…”

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi onun zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işinin  nə yerdə olduğu barədə xəbərsizdir. Bunu Modern.az saytına açıqlamasında eks-prezidentin qardaşı Almurad Əliyev deyib.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin iddiası üzrə başlanan cinayət işindən 3 aydır xəbərsiz olduğunu deyən A.Əliyev Elçibəyin ailəsinin də bununla maraqlanmadığını söyləyib.

“Yalan olmasın, düz 3 aydır bizimcinayət işindən xəbərimiz yoxdur. Heç kim bizə bu haqda məlumat verməyib. Elçibəyin həyat yoldaşı hazırda Türkiyədədir, oğlu da Kələkidə. Sonuncu dəfə mənə zəng vurub ifadə verməyə çağırmışdılar. Ondan sonra cinayət işinin ardından  xəbərsizik. Sözün açığı biz bu məsələdən bezmişdik”-deyə keçmiş prezidentin qardaşı bildirib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Bir müddət əvvəl Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə verib.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir