Modern.az

Azərbaycan bu dəfə “Eurovision”da 4-cü çıxış edəcək

Azərbaycan bu dəfə “Eurovision”da 4-cü çıxış edəcək

29 Mart 2013, 11:41



İsveçrənin Malmo şəhərində keçiriləcək “Eurovision-2103” Mahnı Müsabiqəsində Azərbaycan II yarımfinalda 4-cü olaraq səhnəyə çıxacaq.

Modern.az Eurovision.tv-yə istinadən bildirir ki, mahnı müsabiqəsində iştirak edəcək ölkələrin hansı vaxtlarda çıxış edəcəyi məlum olub. Bu il Azərbaycanı təmsil edəcək Fərid Məmmədov  II yarımfinalda 4-cü olaraq səhnəyə çıxacaq. Qeyd edək ki, I yarımfinal mayın 14-də, ikinci yarımfinal isə mayın 16-da olacaq. Final isə may ayının 18-də keçiriləcək. Bu il yarışmada 39 ölkə çıxış edəcək.  

Xatırladaq ki, Azərbaycan 2008-ci ildən “Eurovision” Mahnı Müsabiqəsində iştirak edir. Həmin ili Azərbaycanı təmsil edən Elnur və Samir “Day after Day” mahnısı ilə I yarımfinalda 7-ci olaraq çıxış edib və nəticədə 8-ci olub.

2009-cu ildə ölkəmizi təmsil edən Aysel və Araş “Always” mahnısı ilə II yarımfinalda 12-ci olaraq çıxış etmiş və nəticədə 3-cü yerdə qərarlaşıblar.

2010-cu ildə Safura “Drip drop” mahnısı ilə II yarımfinalda 7-ci olaraq çıxış edib və nəticədə 5-ci olub.

2011-ci ildə Azərbaycana qalibiyyət gətirən Eldar və Nigar “Running scared” mahnısı ilə  I yarımfinalda 18-ci olaraq səhnəyə çıxıblar.

2012-ci ildə isə Azərbaycan “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etdiyindən Səbinə “When the music dies” mahnısı ilə finalda çıxış edib və 4-cü yerdə qərarlaşıb.  

Aytən ƏLİYEVA
.  
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub