Modern.az

Bəşər Əsəd pəncərəsiz bunkerdə iclas keçirir- FOTO

Bəşər Əsəd pəncərəsiz bunkerdə iclas keçirir- FOTO

29 Mart 2013, 12:35

Suriyanın dövlət televiziyası prezident Bəşər Əsədin yeni görüntülərini yayıb. Modern.az  Əl-Ərəbiyyəyə isitinadən xəbər verir ki, Əsəd  çərşənbə günü nazirlər komitəsinin üzvləri ilə iclas zamanı görünüb. İclas qapalı və pəncərəsiz otaqda baş tutub. .Aktivistlər isə otağın yeraltı sığınacaq olduğunu bildiriblər.

Suriya dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdəki otaq Əsədin nazirlərlə daimi görüş keçirdiyi məkandan fərqlidir.

Qeyd edək ki, Bəşər Əsəd müxalifət qüvvələrinin paytaxt Dəməşqdəki mühüm dövlət binalarına, hətta Prezident sarayına  etdikləri hücumlardan bəri çox az televiziyada  görüntülənib.
 

“Əş-Şarq Əl-Avsat” qəzeti keçən il Suriya müxalifətinin üzvü Xalid Əl-Hamudun dediklərinə istinadən yazıb ki, Əsəd hazırda Xalq Sarayının arxasında yerləşən dağlıq regionda məskunlaşıb. Bu yer Əsədin qardaşı Mahir və onun həyat yoldaşına məxsus 6 mərtəbəli yeraltı sığınacaqdır.


Peykər İbrahimova

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?