Modern.az

Rüstəm İbrahimbəyov oğlunun çəkdiyi filmin premyerasında - FOTO

Rüstəm İbrahimbəyov oğlunun çəkdiyi filmin premyerasında - FOTO

29 Mart 2013, 18:15

Moskvanın “Samokat” kinoteatrında Fuad İbrahimbəyovun quruluşçu rejissoru olduğu “Mövsümün ikonu” filminin premyerası keçirilib. Modern.az xəbər verir ki, filmin ssenari həmmüəlliflərindən biri də rejissorun özüdür. Televiziya işçisinin birgünlük həyatına həsr olunmuş kinolentin premyerasında Azərbaycanın xalq yazıçısı, tanınmış ssenarist Rüstəm İbrahiməyov da iştirak edib.
1972-ci il doğumlu Fuad İbrahimbəyov R.İbrahimbəyovun oğludur. O, Moskva Dövlət Universitetin jurnalistika fakültəsini bitirib. Bundan sonra ABŞ-dakı kino məktəbdə təhsil alıb. Rusiyada istehsal olunmuş bir neçə filmin ssenari müəllifi və quruluşçu rejissorudur.



Şəkildə sağdan 1-ci Fuad İbrahimbəyovdur...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır