Modern.az

“Zərduşt Əlizadə və Arzu Abdullayeva ASDP-ni borc içində qoyub getdilər” - QALMAQAL

“Zərduşt Əlizadə və Arzu Abdullayeva ASDP-ni borc içində qoyub getdilər” -  QALMAQAL

29 Mart 2013, 18:12

“ASDP-nin adına gələn pullar Arzu Abdullayevanın cibinə gedirdi”


Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri Araz Əlizadə ilə partiyanın qurucularında olan Arzu Abdullayeva arasında qalmaqal yaranıb. Arzu Abdullayevanın ASDP ilə bağlı səsləndirdiyi ittihamlara partiya sədri Araz Əlizadənin cavabı gecikməyib.

ASDP sədri Modern.az-a açıqlamasında Arzu Abdullayevanın onunla bağlı səsləndirdiyi iradların gülünc olduğunu bildirib. A.Əlizadənin sözlərinə görə, A.Abdullayeva məqsədli şəkildə ASDP-ni nüfuzdan salmağa çalışır.

“Onu əlindən tutub beynəlxalq aləmə çıxaran mən olmuşam”

“Əvvəla, partiyadan qovulmuş bir adamın partiya haqda mənfi fikir söyləməsi təbiidir. Arzu Abdullayeva heç kim idi. Onu əlindən tutub, beynəlxalq aləmə mən çıxarmışam. Bu da mənim böyük səhvimdir. Mən Azərbaycanda olmayanda, Zərdüşt Əlizadə partiyaya rəhbərlik edəndə partiyanın üzvlərinin sayı 1500 nəfərədən 321 nəfərə düşmüşdü. O zaman partiyanı Zərdüşt Əlizadə yox, Arzu Abdullayeva idarə edirdi. Partiya olmuşdu Helsinki Vətəndaş Assambleyasının yardımcı bir qüvvəsi. Kim ki Helsinki Vətəndaş Assambleyasının üzvü olmaq istəmirdi, Arzu xanım onları partiyadan xaric edirdi. Beləliklə partiya üzvlərinin sayı 321 nəfərə çatmışdı”.

A.Əlizadənin fikricə, Arzu Abdullaya və Zərdüşt Əlizadə ASDP-ni xeyli borc salaraq partiyadan gediblər. ASDP sədri də Arzu Abdullayevanln ünvanına ittihamlar səsləndirməkdən çəkinməyib.

“Zərdüştlə Arzu  partiyanı borc içində qoyub getmişdilər...”

“O durub həyasızcasına qurultayda deyirdi ki, guya 1993-cü ildən partiyanı o maliyyələşdirib. Hamını gülmək tuturdu. Çünki 1995-ci ildə Azərbaycandan gedənə qədər partiyanı mən maliyyələşdirirdim. Sonra da müəyyən yardımlar edirdim. Əgər Arzu Abdullayeva partiyanı maliyyələşdirirdisə nə üçün partiyada telefon borcları 51 milyon manat idi. Nə üçün icarə haqqı il yarım idi ödənmirdi. Sonradan onlar partiyadan xaric ediləndən sorna borc-xərclə biz bunları ödədik. O zaman partiyada onu müdafiə edən bir insan yox idi. O görə Zərdüşt Əlizadə partiyada düşmüşdü. Təsəvvür edin, Zərdüşt Əlizadə deyəndə ki, “mənim tərəfdarlarım partiyadan çıxsın” cəmi 47 nəfər onunla getdi. O düşünürdü ki, partiyanın əksəriyyəti gedəcək. Təəssüflər olsun ki, Zərdüşt Əlizadə də ona qoşulub bizim partiya haqqında beynəlxalq aləmdə mənfi imic yaratmağa çalışırlar. Partiya yoxdur, qurultaylar keçirilmir və s, bu kimi gic-gic, axmaq-axmaq fikirlər səsləndirirlər”.

“Arzu Abdullayeva hüquq müdafiəçisi deyil, varlıların müdafiəçisidir”

Partiya sədri daha sonra Arzu Abdullayevanı ASDP-nin adından xarici qrantları mənimsəməkdə günahlandırıb. “Bir çox xarici fondlar elə bilirlər ki, ona qrant ayıranda o pulları partiyaya kömək edir. Mən bunu sübut etdim ki, pulların hamısı Arzu Abdullayevanın və onun ətrafının cibinə gedir. Onun ətrafına baxın, ancaq öz qohumlarıdır. Hal-hazırda Azərbaycanda insan haqları müdafiəsində Arzu Abdullayevanın adı hallanırmı? Bir dəfə eşitim ki, Bəxtiyar Hacıyevi müdafiə edirdi. O hüquq müdafiəçisi deyil, varlıların müdafiəçisidir. Onun insan hüquqlarının müdafiəçisi kimi səviyyəsi də sıfıra bərabərdir”-deyə qalmaqal daha da qızışıb.

Qeyd edək ki, Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucularından olan Arzu Abdulayeva Modern.az-a açıqlamasında partiyanln hazırki sədri Araz Əlizadəni sərt tənqid edib. Onun sözlərinə görə, Araz Əlizadənin rəhbərliyindən sonra ASDP siyasi müstəvidə fəaliyyətsiz və lüzumsuz bir partiyaya çevrilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir