Modern.az

TQDK abituriyentlərə müraciət edib

TQDK abituriyentlərə müraciət edib

Aktual

30 Mart 2013, 11:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın  internet saytının “Sınaq imtahanlarına yazılış” bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır.  Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq. İstifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər.  
Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmamışdırsa, o balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanlarının birinə yazıla bilər. Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir”.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı