Rusiya Gürcüstan “persona-non-qrata” elan edilərək qovulan rus diplomatını Ermənistana səfir təyin edib. Modern.az bildirir ki, Yerevana yeni təyin edilmiş İvan Volınkin 2007-ci ildə causuluq fəaliyyətinə görə, “persona –non –qrata” elan edilərək Gürcüstandan qovulan 3 rus diplomatından biridir. 2007-ci ilin noyabrında gürcü telekanalları DİN tərəfindən çəkilmiş əməliyyat çəkilişini yaydılar. Həmin video çəkilişdə Volıkinin o zamankı gürcü müxalifət lideri Konstantin Qamsaxurdiya ilə apardığı gizli danışığı əks olunmuşdu. Bundan sonra Rusiya səfirliyinin Volınkin daxil olmaqla üç əməkdaşı ölkədən xaric edilmişdi.
Volınkin o zaman bildirmişdi ki, ittihamar əsassızdır və Qamsaxurdiya ilə dostluq münasibətləri olub.
Modern.az