Modern.az

Elşad Abullayevlə bağlı yeni FOTO yayıldı

Elşad Abullayevlə  bağlı yeni FOTO yayıldı

1 Aprel 2013, 11:35

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev neçə vaxtdır vəzifəli şəxslərin videosunu yayır. Bu isə vaxtilə Elşad Abdullayevlə təmaslarda olmuş bəzi adamların ciddi narahat edir. E.Abdullayev hər yeni video yayanda onunla ünsiyyətdə olanlar təlaş keçirirlər...

Eyni narahatlığı vaxtilə Elşad Abdullayevlə tədbirlərdə iştirak edərkən onunla birlikdə şəkilləri çəkilənlər də yaşayırlar. Ki, birdən Elşad abdullayevlə şəkilləri yayılar.

Modern.az saytının təqdim etdiyi bu fotoşəkil həm gündəmə, həm də bugünkü tarixə münasib olduğundan onu yayımlamaq qərarına gəldik. Buna görə yəqin ki, Yazıçılar Birliyinin sədri  hörmətli Anar müəllim bizdən inciməz. Qabil müəllimə gəldikdə isə haqq dünyasında olduğundan bu şəklin onun üçün istisi-soyuğu yoxdur.
 
Yeri gəlmişkən, üstündəki yazılar istisna olmaqla bu şəkil kollaj-filan deyil. Elşad Abdullayevin bərkgedən vaxtlarında tədbirlərin birində çəkilib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir