Modern.az

Gəncə şəhərinin yeni polis rəisini görmüşdünüz? - FOTO

Gəncə şəhərinin yeni polis rəisini görmüşdünüz? - FOTO

1 Aprel 2013, 13:00

Xəbər verildiyi kimi, bu ilin fevralında Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis polkovniki Faiq Şabanov gətirilib.

İctimaiyyət Azərbaycanın ikinci böyük şəhərinin Baş Polis İdarəsinin yeni rəisi barədə məlumata malik olsa da, onun şəklini görməyib. Modern.az saytı oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq, polis polkovniki Faiq Şabanovun şəklini təqdim edir.


Modern.az
-
ın məumatına görə, Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Qərbi Azərbaycanın Göyçə mahalında Qayabaşı kəndində anadan olub.
Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb. 1982-84-cü illərdə Novosibirsk şəhərində əsgəri xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Sonralar ali milis məktəbini bitirən F.Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib.

Polis polkovniki F.Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işlədikdən sonra, 10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. 2013-cü ilin fevralında isə Gəncə şəhərinə rəis gətirilib.
2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

A.Qorxmaz

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi