Modern.az

Eldar Namazov yeni yaranacaq Milli Şuradan danışdı

Eldar Namazov yeni yaranacaq Milli Şuradan danışdı

Aktual

1 Aprel 2013, 13:33


“Milli Şuranın reallaşması üçün görüşlər keçiririk”.  Modern.az xəbər verir ki, bunu bu gün “El” “El” hərəkatının rəhbəri Eldar Namazov deyib. E.Namazov bildirib ki, AXCP və Müsavat ilə belə görüş vaxtilə olub və bir neçə gün öncə isə aparıcı gənclər təşkilatı və Açıq Cəmiyyət Partiyası ilə bu, müzakirə edilib.

  “Çalışırıq ki, bu ideya reallaşsın və bu ideyanı uğurlu hesab edirik. Təməl prinsiplərinin mahiyyəti haqqında konsensus hazırlamışıq və bunu başa çatdıracağıq. İnsan haqları və demokratiya ölkələrin sırf daxili məsələsi deyil. Bununla bağlı beynəlxalq təşkilatlarla əhəmiyyətli sənədlər hazırlayırıq və yaxın günlərdə həmin sənədin imzalanması işi gözlənilir. Azərbaycan cəmiyyətinin mövqeyi yüksək səviyyədə həmin beynəlxalq təşkilatlara çatdırılacaq. Bununla bağlı beynəlxalq təşkilatlardan ciddi mövqe tələb olunacaq. Beynəlxalq ictimaiyyət bu sahədə iş görməlidir”.
E.Namazov  beynəlxalq qurumlara ünvanlanacaq müraciətdə bir neçə tələbin olduğunu deyib və onun bir neçəsini açıqlayıb:
1. Seçkiqabağı mühitin dəyişdirilməsi;
2.İnsan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiq edilməsi;
3.Qarşıdan gələn prezident seçkilərində eksit-polların keçirilməsi

Aqşin Kərimov  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır