Modern.az

Cavanşir Paşazadə: "Suriyalı deputat dostlarımızla heç bir əlaqəmiz yoxdur"

Cavanşir Paşazadə: "Suriyalı deputat dostlarımızla heç bir əlaqəmiz yoxdur"

1 Aprel 2013, 17:02

“Keçən il dostluq qrupu olaraq Milli Məclisdə Suriyadan olan deputatlarla görüşmüşük”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə deyib. Milli Məclisin üzvü bildirib ki, həmin görüşdən indiyədək heç bir görüş olmayıb.

“Bizim parlament üzvləri ilə isə orada görüş olmayıb. Suriyalı deputatlarla bir dəfə bizim ölkənin parlamentində görüş olub. Hazırda isə orada çətinliklər olduğu üçün həmin deputatlarla əlaqəmiz yoxdur”, – deyə C. Paşazadə vurğulayıb.  

Xatırladaq ki, Suriyada 2011-ci ilin mart ayının 15-dən bəri davam edən Suriya vətəndaş müharibəsində 100 mindən çox insan həlak olub. Bu gündə hökumət və müxalifət arasında gedən döyüşlər səngimir və insan itkiləri davam edir.

Anar Kəlbiyev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir