Modern.az

Seçici siyahıları aprelin 5-ə qədər MSK-ya təqdim ediləcək

Seçici siyahıları aprelin 5-ə qədər MSK-ya təqdim ediləcək

1 Aprel 2013, 17:18

“Dairə seçki komissiyalarında dəqiqləşdirmə işləri davam edir. Böyük əksəriyyəti artıq siyahıları Mərkəzi Seçki Komissiyasına təhvil verib. Amma bəzi dairə seçki komissiyalarında işlər davam edir və aprelin 5-ə qədər siyahıları MSK-ya təhvil verərlər”. Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O, qeyd edib ki, yekun olaraq ölkə hüdudlarında MSK tərəfindən həmin siyahıların dəqiqləşdirilməsi və yoxlanılması aparılacaq.

“Seçki Məcəlləsinin tələbinə görə yanvar ayının əvvəllərindən fevralın 5-ə qədər məntəqə seçki komissiyaları öz hüdudlarında seçki siyahılarını tərtib edirlər, dəqiqləşdirilir. Fevralın 5-dən sonra isə dairə seçki komissiyaları öz hüdudlarında siyahıların dəqiqləşdirilməsinə başlayır və aprelin 5-ə qədər Mərkəzi Seçki Komissiyasına təqdim edirlər və MSK dövlət avtomatlaşdılrılmış informasiya sisteminin vasitəsi ilə aprelin 5-dən mayın sonuna qədər ölkə üzrə həmin siyahıların yoxlanılması, dəqiqləşdirilməsi ilə məşğul olur. Əgər ciddi düzəlişlərə ehtiyac varsa düzəlişləri edir. Daha sonra həmin siyahıları dairə seçki komissiyalarına qaytarır və eyni zamanda bütün ölkə üzrə vahid seçki siyahılarını internet səhifəsində yerləşdirməklə ictimailləşdirir. Bundan sonra mayın sonunda iclas keçiriləcək, prosesin başa çatdığı elan olunacaq”.  

A. Sarıyev bildirib ki, seçkilərlə bağlı bir sıra planlar var, amma bu layihə şəklində olduğundan məlumat verilmir. “Amma layihə tam yekunlaşandan sonra təsdiq olunandan sonra KİV-ə, ictimaiyyətə bu haqda məlumat veriləcək”.

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu