Modern.az

1 yaşlı Femida.az-ın baş redaktoru: “Elə saytlar var ki, xəbərlərini vermirik"

1 yaşlı Femida.az-ın baş redaktoru: “Elə saytlar var ki, xəbərlərini vermirik"

1 Aprel 2013, 20:48

Femida.az hüquq informasiya portalının 1 yaşı tamam olur.  Saytın baş redaktoru Pərvin Abbasov rəhbərlik etdiyi saytın geridə qoyduğu ildə qazandığı uğurlardan, gələcək planlarından danışıb.

- Pərvin müəllim, bildiyimiz kimi Femida.az saytı fəaliyyətə başladığı ilk gündən digər xəbər portallarından fərqlənməyə başladı. Bu da ilk öncə onun hüquq informasiya portalı olmasından irəli gəlir. Bu baxımdan Femida.az-da işləmək sizin üçün çətin deyilki?

-Femida.az hüquq informasiya portalında işləməyin çətin tərəfləri var. Amma bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Məsələn, məhkəmə xəbərləri verilərkən dəqiqləşdirmə aparırıq ki, iş üzrə tərəflərdən hansınasa irad tutacaq bir sözü olmasın. Amma bu dəqiqləşdirmə təkcə özümüzə aid xəbərlərdə olmur, digər KİV-lərin məlumatları arasında da seçim edirik.
Sözün düzü, kənardan, yəni əvvəllər bu çətinliyi hiss etmirdim. Amma işin içərisində olarkən bunu daha aydın görmək olur. Femida.az bir hüquq informasiya portalı olaraq mənbə kimi müxtəlif KİV-lər arasında seçim etməli də olur. Məsələn, Apa.az, Lent.az, Qafqazinfo.az, Modern.az, Trend.az kimi saytlarda yayımlanan məlumatları həmin saytlara istinad etməklə yayırıq. Amma elə saytlar var ki, onların xəbərlərini heç vaxt vermirik, çünki inanmırıq. Bəzi saytlar da var ki, biz həmin saytların xəbərlərini istisna hallarda yayırıq. Ümumilikdə isə daha çox eksklüziv, yaxud Femida.az-ın özünə aid məlumatları yaymağa çalışırıq.

- Femida.az-da tam hüquq saytı olmasına baxmayaraq cəmiyyətin maraqlandığı digər sahələrdən də yazırlar dərc olunur. Gələcəkdə bütün sahələr üzrə genişlənmə olacaqmı?

-Femida.az əsasən hüquq sahəsi üzrə məqalələri, xəbərləri yaymaqla məşğuldur. Amma bəzən siyasət və digər sahələrdən də yazılar veririk. Amma həmin qeyri-hüquq yazılarının da kökündə hardasa hüquqi əsas durur. Gələcəkdə də bu cür davam etmək fikrindəyik. Sadəcə, müxtəlif rubrikalar ola bilər ki, bu da istənilən halda hüquqla bağlı olacaq.

- Artıq saytınızın bir yaş tamam oldu. Qarşıda hansı planlarınız var?

-Biz hələ ki, bu cür davam etmək fikrindəyik. Amma təbii ki, irəliyə baxaraq, inkişaf etməklə… Məsələn, saytın dizaynının dəyişdirilməsini planlaşdırırıq.

-Bir müddət əvvəl tanıtım roliki yayımlanan Hüquq.tv nə vaxtdan fəaliyyətə başlayacaq? Həmin internet televiziyanın fəaliyyət planı necə olacaq? Bu haqda nə deyə bilərsiniz?

-Ölkədə ilk ixtisaslaşmış hüquq internet televiziyasının-Hüquq.tv-nin yaradılmasında məqsəd

hüququn aliliyi və vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsini təmin etməkdən ötrü hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin bacarıqlarının artırılmasıdır.
Hüquq.tv internet televiziyasını artıq qurmuşuq: avadanlıqlar alınıb, kollektiv yığılıb. Artıq ilk çəkilişlər olub. Düşünürəm ki, Hüquq.tv olaraq həm hüquq ictimaiyyətinin, həm də internet istifadəçilərinin diqqətini cəlb edə biləcəyik.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır