Modern.az

Qan Turalı: “Milli Kitab Müsabiqəsinin ikidilli olmasına razı deyiləm” - MÜSAHİBƏ

Qan Turalı: “Milli Kitab Müsabiqəsinin ikidilli olmasına razı deyiləm” - MÜSAHİBƏ

2 Aprel 2013, 10:25

Modern.az Milli Kitab Mükafatının (MKM) “qısa siyahısı”, yəni “onluğu” artıq elan olunub. Artıq növbə münsiflərin üç əsas qalibi seçməsinə qalır. “Qısa siyahı”ya düşənlərdən biri “Mustafa” romanının müəllifi Qan Turalıdır.

– “Onluğ”a düçmə münasibətilə sizi təbrik edirik. Necə bilirsiz, son nəticədə qalib gələ biləcəksiz?

İndidən demək olamz. O biri əsərlərlə tanış deyiləm ki, bu suala cavab verim.

– Sizcə, kimlərin qalib gəlmə ehtimalı daha çoxdur?

– “Onluq”dan yalnız Zakir Sadatlının “Əfqanıstan uşurumu” əsərini oxumuşam. Vaxt məhdudiyyəti də var. Şəhriyar Del Geraninin əsərini oxumağa başlasam da, hələ bitirməmişəm. Başqa əsərləri oxumaya-oxumaya onlar haqqında necə rəy bildirmək olar?!

– Ekspertlər, daha doğrusu onların tərtib etditiyi siyahı sizi razı saldımı?

– Mən özüm MKM-də ekspert kimi iştirak etmişəm. Bunun nə dərəcədə çətin olduğunu bilirəm. Bir çox adamlar ekspertlərlə əlaqədar çox haqsız iradlar bildirirlər. Xüsusən də, əsərləri siyahıya düşməyən adamlar. Bəziləri isə adları siyahıya düşdüyü üçün ekspertləri tərifləyirlər. Mən belə bir düşüncə ilə çıxış etmək istəmirəm. Sadəcə, özüm də vaxtilə ekspert olduğuma görə bu işin nə dərəcədə çətinliyini və dramatikliyini bilən adam kimi qiymət vermək istəyirəm. Burada həddindən artıq çox əsər var idi. Müsabiqəyə 175 nəsr əsəri iştirak edirdi. Bunların hamısını oxuyub qiymətlənsirmək həddindən artıq çətindi. Ora əsər verən yazıçılar həmin əsərlərin heç 10 faizini oxumayıblar, amma özlərindən dəyərləndirmə aparıb siyahı tərtib edirlər. Danışanda bütün dünyanın adından danışırıq... 

Ekspertlərdən biri, tənqidçi Elnarə Tofiqqızı öz resenziyasında bildirmişdi ki, “Qan Turalı böyük nəsrə hazır deyil”. Sizcə, digər ekspertlərin fikri onun rəyi ilə niyə üst-üstə düşmədi?

– “Azadlıq Radiosu”nun “Oxu zalı”nda “Mustafa” romanım təhlil olunarkən bir məqalə yazmışdı və bu fikri də orda bildirmişdi. Elnarə xanım bildirmişdi ki, mənim qələmim böyük nəsrə hazır deyil. Amma ümumilikdə elə adamlar var ki, onların adlarını böyük nəsrlə bərabər çəkmək düzgün deyil. Elnarə Tofiqqızı mənə nə qədər bal yazıb o məlum deyil. Bəlkə də növbəti mərhələyə keçməyimi istəmirmiş. Bu iradları mənə çoxları deyib. Artıq yorulmuşam bu iradlardan. Onlara demək istəyirəm ki, niyə “Oxu zalı” sizin əsərinizi müzakirə etmir? Niyə məhz mənim romanımı müzakirə edib. Mən Kulis.az-ın rəhbəriyəm. Onların rəhbəri deyiləm ki. Onların əsərləri qlobal bir hadisədirsə, ədəbiyyata yenilik gətiribsə, niyə o əsərləri müzakirə etmirlər?

- Müsabiqə qaydalarında nəyi dəyişmək istərdiz ?

Müsabiqə 3-cü ildir ki, davam edir. Birinci il mən nə münsif, nə də iştirakçı kimi orada çıxış edirdim. Sizin kimi hadisələri sadəcə kənardan baxırdım. Mənim bu müsabiqəylə bağlı bəzi iradlarım var və onları demişəm də. MKM-də hekayə ilə romanları bir tutulur. Müsabiqədə əsasən romanlar çıxış etsə də, bəzən hekayələrlə qatışır. Bu il hətta pyes verən də olub. Yəni burada ilk olaraq janr bölgüsünə fikir vermək lazımdır. Dəqiq bilinməlidir ki, bu, hekayə müsabiqəsidi, ya roman. İkinci məsələ, gənclərlə qocalar ayrı-ayrı olmalıdır. Məsələn, birinci MKM-də Seyran Səxavət, Mövlud Süleymanlı kimi təcrübəli adamlarla yanaşı, dostumuz Qaraqan da əsər vermişdi. Aralarında yaş fərqi 3 bərabər idi. Bu il MKM-ə şeir əlavə ediblər. Fikirləşirəm ki, o, əvvəldən olmalı idi. Üstəlik, müsabiqənin adında kitab sözü varsa, bura çap olunmuş kitablar təqdim olunmalıdır. Bəziləri elektron versiyada şeir göndərir. Kitab formatında veriləndə məsələ daha əhəmiyyətli olur. Bir də burda söhbət mükafatdan gedirsə, kiminsə aparıb ora əsər verməsi düzgün deyil. Mükafatı ayrıca verən bir təşkilat olur. Onlar əsərləri konkret olaraq təhlil edir, dəyərləndirir, ondan sonra mükafata layiq bilirlər. Burda isə hər adam öz əsərini özü təqdim edir. Dünyada da bir sıra ədəbi mükafatlar var. Amma burda yazıçıdan tələb olunmur ki, özü öz əsərini versin. Nobel mükafatına kim əsər təqdim edir ki?!

– “Onluğ”a düşə bilməyən yazıçı-tərcüməçi Əziz Rzazadə janr ayrı seckiliyinə görə irad bildirdi. Vahid Qazının “Camayra. Kuba dəftəri” “qısa siyahı”ya düşmüş əsərini publisistik əsər kimi dəyərləndirir. Buna münasibətiniz necədir?

– Əziz Rzazadənin iradına əlavə olaraq bildirim ki, Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı əsərində də publisitik elementlər var. Yəni o əsər də nəsr əsəri deyil. Nəsr əsəri odur ki orada təxəyyül məhsulu olsun. Amma burada milli kitabdan söhbət gedirsə deməli olar. Çünki Vahid Qzının əsəri publisistik olsa da, özü-özlüyündə kitabdır. Müsabiqə milli nəsr müsabiqəsi, yaxud milli roman, milli hekayə və milli nəsr olsa idi, o fikirlə razılaşardım.

– Müsabiqədə rusdilli əsərlərin iştirakına necə müsanibət göstərirsiz ?

– Ədəbiyyat hər bir halda dil hadisəsidir. Azərbaycan ədəbiyatı elə Azərbaycan dilində olmalıdır. Konsitutiyamızda da dövlət dili kimi yalnız Azərbaycan dili göstərilib. Milli Kitab Müsabiqəsinin ikidilli olmasına razı deyiləm. Milli kitab müsabiqəsinin yalnız bir dili olmalıdır. Təbii ölkəmizdə bu gün özünü rus dilinə daha yaxın hiss edən, rus təfəkkürlü insanlar var. Bu ölkıəmizin reallığıdır. Amma mən bütün hallarda istəyirəm ki, müsabiqə bir dildə olsun. Onsuz da ölkədə rusdilli ədəbiyyatın uğuru görünmür. Müsabiqəyə təqdim olunan əsərlər arasında rus dilində yazılan əsərlər Azərbaycan dilində yazılan əsərlərdən xeyli azdır.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi