Modern.az

Yazıçılar Birliyiindən mükafatdan imtina edən yazara cavab: “Onun özü bilər, öz əxlaqı bilər”

 Yazıçılar Birliyiindən mükafatdan imtina edən yazara cavab:  “Onun özü bilər, öz əxlaqı bilər”

2 Aprel 2013, 12:38


AYB–in təşkil etdiyi və qalmaqallar və istefalarla yadda qalan müsabiqəsi aprelin ayının 1-də nəhayət ki, öz qaliblərini tapdı. Bir nominasiyanı çıxmaq şərtilə digərlərində vahid qalib elan edilmədən və pul mükafatı  2 yazar arasında bölüşdürüldü. 
Müsabiqənin Yusif Səmədoğlu adına nəsr mükafatının qaliblərindən biri  Etimad Başkeçid kulis.az saytına göndərdiyi bəyanatda mükafatdan imtina etdiyini bildirib. Səbəb kimi əvvəlcədən müəyyən edilmiş qaydaların çeynənməsi, münsiflərin isə iradəsinin  “korrektə “ edilməsini göstərib. Müsabiqəni kütləvi cəzalandırma hesab edən Başkeçid  əldə etdiyi pul mükafatından da imtina etdi.

Modern.az saytı olaraq qalib gəlmiş yazarın bu addımı ilə bağlı müsabiqənin sədri xalq yazıçısı Mövlud Süleymanlı ilə əlaqə saxladıq. Mövlud Süleymanlı bildirdi:

-  İmtina edibsə özü bilər. Müsabiqədə eyni səviyyədə olan əsərlər var idi və biz də bir yerlik qalib yerini iki nəfər arasında  böldük. Elə etdik ki,  qoy çox sevinən olsun. İndi o nə səbəbə bu addımı atıbsa, özü bilər. Bu cür suallar və bu cür yanaşmalar çox olacaq. Siz özünüz düşünün. burada münsiflərlik nə var ki? Onlar sadəcə oxuyub, seçib və bir yerlik yerə iki nəfəfıri layiq biliblər. Onun özü bilər, öz əxlaqı bilər, vəssalam!

Elmin Nuri
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!