Modern.az

"Fəxri gənc" mükafatının təqdimat mərasimindən fotosessiya

"Fəxri gənc" mükafatının təqdimat mərasimindən fotosessiya

Reportaj

12 Mart 2010, 16:26

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi  “Fəxri gənc” mükafatının təqdimat mərasimini keçirib. Modern.az mərasimdən fotosessiyanı təqdim edir. “Fəxri gənc” mükafatının qalibləri aşağıdakılar olub:
1. “Gəncləri ən çox dəstəkləyən yerli qeyri – hökumət qurumu” nominasiyası - Heydər Əliyev Fondu;
2. “Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı” nominasiyası - gənclər və idman naziri Azad Rəhimov;
3. “Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə” nominasiyası - Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva;
4. “Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə” nominasiyası - 2009-cu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan tələbələr Fəridə Musayeva, Ucal Ağaməmmədov, gənclər arasında beynəlxalq elm Olimpiadasının gümüş mükafatçısı Emil Məmmədov;
5. “Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə” nominasiyası - millət vəkili Əkrəm Abdullayev;
6. “İdman sahəsində nailiyyətlərinə görə” nominasiyası - Cəbrayıl Həsənov, Dilarə Sultanova, Ayla Əhmədova;
7. “Gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə” - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, polkovnik Novruzəli Orucov;
8. “Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə” nominasiyası - Aysel Teymurzadə, Müşfiq Abbasov;
9. “Gəncləri ən çox dəstəkləyən biznes qurumu” nominasiyası -  “AGbank”
10. “Gənclərin sağlam həyat tərzinin maarifləndirilməsində xidmətlərinə görə” nominasiyası - Məzahir Əfəndiyev;
11. “Gənclərə milli mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında fərqlənən gənclər təşkilatı”  nominasiyası - Dünya Gənc Türk Yazarlar Birliyi (sədr Əkbər Qoşalı);
12. “Gənclərin hüquqlarını maarifləndirilməsi sahəsində xidmətlərinə görə” nominasiyası - Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı