Modern.az

Porno-rejissor deputat olmaq istəyir

Porno-rejissor deputat olmaq istəyir

12 Mart 2010, 17:37

Britaniya Liberal-Demokrat Partiyası ölkə parlamentinə özünün nümayəndələrindən biri  kimi yüzlərlə pornoqrafik  film çəkmiş Anna Errousmtin namizədliyini irəli sürüb. Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Errousmit yaşlılar üçün şou-biznesdə Anna Spen adı ilə tanınır. O, bəyan edib ki, Britaniya parlamentində qadın deputatlar çatışmır. Rejissor Kent qraflığında seçici səsi uğrunda mübarizə aparacağını deyib.  Fəlsəfə fakültəsinin keçmiş məzunu qeyd edib ki, onu siyasətə ruhlandıran sabiq baş nazir Marqaret Tetçer və parlmentdə bir qədər əvvəl baş qaldırmış maliyyə qalmaqalıdır. “Mən parlament seçkilərində porno-sənayeni yox,  Kent qraflığının seçicilərini təmsil edəcəm”,-deyə Anna  bildirib. “Mən təcrübəli menecer –layihəçiyəm və insanlar biməlidirlər ki, mən onları sadə vədlərlə  doydurmayacam”.

 

Liberal-demokratlar namizədləri arasında müxtəlif peşə sahiblərinin təmsil olunması ilə fəxr edirlər. Porno rejissorun deputatlığa namizədliyinə gəlincə, liberal partiyanın lideri  Xolluey “sizlərdən kim özünü günahsız hesab edir, qoy daşı birinci o atsın”deyib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər