Modern.az

“Eurovision-2013” təmsilçimiz promo-turda – FOTOSESSİYA

“Eurovision-2013” təmsilçimiz promo-turda – FOTOSESSİYA

Mədəni̇yyət

3 Aprel 2013, 12:56


Avroviziya təmsilçimiz Fərid Məmmədovun Avropa ölkələri üzrə promo-turuna start verilib. Modern.az xəbər verir ki,  təmsilçimizin ilk çıxış etdiyi ölkə İtaliya olub. F. Məmmədov Roma şəhərində təşkil olunan “Azərbaycan 2010 – Gənclərin baxışı”  - xaricdə təhsil alan tələbə və məzunların Beynəlxalq Forumunun açılış mərasimində çıxış  edib. 

Promo-tur çərçivəsində növbəti ölkənin Yunanıstan (Afina) olacağı planlaşdırılır. Aprelin 7-də F. Məmmədov “Noiz” klubunda təşkil olunacaq   “Eurovision” gecəsində çıxış edəcək. Burada həmçinin “Eurovosion”-a  həsr edilən  məhşur  OİKOTİMES saytının  12 illiyi də qeyd ediləcək. Romadan fərqli  olaraq Afinanı gəzmək üçün Fəridin elə də çox vaxtı olmayacaq. Müğənninin   Star Channel, ANT1 TV, MAD TV, ERT, FTHIS.GR, oikotimes.com, star.gr, avmag.gr i Showtime Cyprus kimi KİV nümayəndəlikləri ilə müsahibələri planlaşdırılıb.  F. Məmmədovun Afinada “Eurovision”da oxuyacağı  “Hold Me” mahnısını təqdim edəcək . Qeyd edək ki, F. Məmmədov daha bir neçə Avropa ölkəsinə  səfər edəcəyi planlaşdırılır.  Xatırladaq ki,  “Eurovision-2013” təmsilşimiz olan Fərid Məmmədov mayın16-da ikinci yarımfinalda dörd nömrə altında çıxış edəcək. 


Pərvin Arzuqızı


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır