Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

12 Mart 2010, 18:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam bəzi yerlərdə çiskinli az yağış yağacağı gözlənilir.
Martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə zəif duman olacağı və çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18-20 m/s-dək güclənəcək, günün ikinci yarısında cənub küləyinin sürəti 9-14 m/s, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
Martın 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, gündüz arabir 18-23 m/s olacaq, yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
14-15 martda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı şimal rayonlarında intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin surəti 7-12 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?