Modern.az

Məşhur müğənnidən oğluna qeyri-adi miras...

Məşhur müğənnidən oğluna qeyri-adi miras...

İqtisadiyyat

3 Aprel 2013, 18:23



Türkiyənin pop kraliçası Sezen Aksu oğluna vəsiyyət etdiyi qeyri-adi mirasla medianın diqqət mərkəzinə düşüb.  Modern.az-ın məlumatına görə, o, oğlu Mithat Cana bənzəri olmayan miras bağışlayır.

“Minik Sərçə” satmağa, hətta kimsəyə bağışlamağa belə, qıymadığı mahnılarını miras kimi toplayıb. Türk mətbuatı bildirir ki, Sezen Aksu oğlu üçün hazırladığı bu sərvəti – özəl bəstələrini Qanlılcadakı evində mühafizə edilən kassasında saxlayır. Bu addımıyla o, həm oğlu Mithatın gələcəyini sığortalayıb, həm də fiziki yoxluğunda belə, bir müddət yeni mahnılarla dinləyicilərini sevindirmək niyyətindədir. Oğluna hazlırladığı bu özəl mirası S.Aksu çox dar çevrədə olan dostları ilə paylaşdığı bildirilir.

Anasının bu surprizi ilə qarşılaşan Mithat çox təəccüblənib. Sezen Aksu bu mirasa sağ olduğu müddətcə yeni mahnılar qatacağını və “sənə vəsiyətimdir... Bu mahnıları mən öldükdən sonra  yaşat” deyib. Oğlu Mithat da anasına söz verib.

Qeyd edək ki, 1974-cü ildən Türkiyə şou-biznesində özünəməxsus yer tutan Sezen Aksu bir çoxlarını ulduz zirvəsinə qaldırıb.

 

Elçin AĞAYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi