Modern.az

SSRİ-nin sonuncu günü: “Qorbaçovu Kremldəki kabinetinə buraxmadılar” - ETİRAFLAR

SSRİ-nin sonuncu günü: “Qorbaçovu Kremldəki kabinetinə buraxmadılar” - ETİRAFLAR

4 Aprel 2013, 14:27

Sovet İttifaqının dağılmasının şahidi olan şəxslər bir sıra maraqlı məqamları açıqlayıbıar



SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov bu günlərdə iştirakçısı olduğu görüşdə heç vaxt SSRİ-ni dağıtmaq niyyətinin olmadığını bildirmişdi. Sovet İttifqaının dağılması 90-cı ilərin bütün geopolitik sistemini darmadağın etdi.

Modern.az saytı SSRİ-nin süqutunu rəsmiləşdirən Belovejsk sazişinin imzalandığı zaman və məkanda hadisələrin şahidi olan şəxslərin xatirələrini təqdim edir.

İmperiyanın çoküşü haqda silsilə sənədlərin müəllifi Vladimir Çernışev bu dünyanı şoka salan hadisənini şahidlərinin sübütlarını toplayıb. 

Şuşkeviç: “Sehirli sözü” Burbulis dedi”

20 il bundan öncə Belovejsk meşəliyində hava çox soyuq idi. Minskdən olan fotoqraf Yuri İvanov Belorus nümayəndə heyətinin təyyarəsinə minib sərt şaxtada ancaq müəyyən janra aid olan fotolar çəkəcəyini düşünürdü. Amma bu süjet tarixi bir süjet oldu. Planetin üzərindən nəhəng bir dövlət silindi.

Yuri İvanov: (fotoqraf) “Otaqda nə qab-qacaq, nə kağız, nə yazı maşını var idi.  Heç nə yox idi. Nümayəndə heyəti sazişin bəndlərini əl ilə yazırdı. Orada sərxoşluq yox idi. Yox, bunu deyə bilmərəm. Soyuq şaxtada bizim hərəmizə buterbrodla içməyə 50 qram araq gətirdilər”.

Baş vermiş hadisələrin detalları çox sadə idi. Fotoqraf sonra anlayıb ki, o böyük bir epoxanın son şəkillərini çəkibmiş.

Stanislav Şuşkeviç 1991-ci ildə Belarusiya SSR Ali Sovetinin sədri: “Biz nə həll edə bilərdik axı? Əgər biz birlikdə Qorbaçova yalvarmalıyıqsa və belə müraciət bizim hamımızı qane etməyə bilərdi. Və elə bu anda da Yeltsinin silahdaşı Burbulis sehirli ifadəni səsləndirdi. “SSRİ geosiyasi bir reallıq və beynəlxalq hüqüqun subyekti kimi öz varlığına son qoyur”.  Az qala hamıdan əvvəl məndən soruşdular: “Bəs siz bunu imzalayacaqsınız?” Mən cavab verirəm: “Bəli, imzalayacağam“. 

Ölkənin yox olması haqda sadə sözlər əl yazısı ilə yazılır. Amma 200 millionluq dövlətin vətəndaşları hələ bu yoxaçıxmadan xəbərdar deyil.

Daha sonra isə Rusiya vitse-prezidenti Rutskoy Qorbaçovdan hərbi eskadrilyanı göyə qaldrıb Belovejskə enən təyyarələri vurmaqı təklif edib.

Aleksandr Rutckoy. 1991-ci ildə Rusiya vitse-prezidenti: “Mən sizdən daha artığını deyəcəm. Mən bütün bunları eşidəndə Mixail Qobaçovun yanına getdim. Ona dedim ki, “Mixail Sergeyeviç təcili tədbirlər görməliyik. Siz başa düşürsünüz ki, bütün bunlar hər şeyin sonu deməkdir?” O isə gözünün suyunu axıtmağa başladı”.

Yeltsin qoxudan qaçmaq istəyibmiş

Yuriy Prokofyev: 1989-1991-ci illərdə Moskva şəhər komitəsinin birinci katibi. 1990-1991-ci illərdə Siyasi Büronun özvü. “Mənim İslam Kərimovla çox yaxşı münasibətlərim var idi. Hansısa iclasın fasiləsi zamanı biz onunla Kremlin həyətində gəzişirdik. Mən ondan zarafatyana soruşdum:  “Ay kişilər, siz nə edirsiz? Bu nə deməkdir?. Siz bilirsinizmi bəs bu hansı nəticəyə gətirib çıxaracaq?”.
Kərimov mənə dedi: “Qulaq as, sən istəyirsən öz Qorboçovunla birgə bat. Biz isə hərəmiz tək-tək bu situasiyadan çıxacağıq“.

Leonid Kravçuk. 1991-1994-cü illərdə Ukrayna prezidenti: «Yeltsin mənə yaxınlaşıb dedi: “Leonid Makaroviç, mənə təcili informasiya gəlib. Ən yaxşısı budur biz burdan tez uçaq”.

Vyaçeslav Kebiç. Belarusiya SSR-in baş naziri. «Mən Qorbaçovun yerində olsa idim oraya OMON qrupu yollayardım. Bax onda biz hamımız “Matrosskaya Tişina”da sakitcə yerimizdə oturub aministiya gözləyərdik».

Yuriy İvanov - fotoqraf:  “Belovejskdəki binada belə bir an oldu. Kebiç otaqdan çıxdı, göyə baxdı və  “uçmurlar” dedi. O desant qüvvələrini nəzərdə tuturdu. Mən artıq başa düşdüm ki biz qayıtmaya da bilərik».

Bzejinsiki: “Buş şoka düşdük, Yeltsin mənə dedi “nüvə düyməsi” ondadı”

Zbiqnev Bzejinski. ABŞ prezidenti Karter administrasiyasında milli təhlükəsizlik üzrə məsləhətçisi. “Soyuq müharibə”nin ideoloqu:
“Mən həmin günü çox gözəl xatırlayıram. Mən Kravçuk və Şuşkeviçlə danışdım. Onlar orada Yeltsinlə birlikdə idilər. Artıq o anlarda Sovet imperiyasının sonunun gəldiyi bəlli idi. Bəs biz neynəməliydik? Onu diriltməyə çalışmalıydıq?”.

ABŞ-ın prezidenti Corc Buşa Belovejskdən zəng vurulub xəbər veriləndə o heyrətdən donaraq bir neçə saniya susub və sonra sual verib: “Nüvə silahına kim nəzarət edir?”. Yelsin tələsik şəkildə özünün nəzarət etdyini deyib. Amma “nüvə düyməsi” hələ Qorbaçovun əlində idi.

Yuriy İvanov - fotoqraf: «Yelsin sevincli halda çxır. Bu qalibin çıxışı idi».       

 “Qorbaçovu Kremlə buraxmadılar, əşyalarını çölə tökdülər”

Vyaçeslav Kebiç 1991-ci ildə Belarusiya SSR-in baş naziri: «Mən belə başa düşürəm ki Qorbaçov özü də nə baş verdiyini axıracan başa düşmədi. Elə buna görə də o bir dəfə sual verdi: “Bəs siz mənə hansı vəzifəni saxladınız?”. Bu suala Boris Yeltsin çox tez reaksiya verdi: “Bax siz ancaq həmişə öz haqqınızda düşünürsüz. Elə bil biz burda kimin prezdent olması barədə qərar veririk. Siz ancaq öz haqqınızda düşünməyin”. Və bununlada o dəstəyi asdı. Söhbət oradaca yekunlaşdı.

Konstantin Lyubençenko -SSRİ Ali Məsləhət Şurasının sədri. «Qorbaçov hətta fiziki formada belə, alçaldılmışdı. O bütün bu təhqirləri udurdu. Məsələn, Kremlə girişdə kabinetini açarla bağlayaraq Qorbaçovu 2 saat gözlətdilər. O kabinetə yaxınlşdığı zaman onun bütün əşyaları çöldə idi. Onu heç içəri də buraxmadılar. Bax belə. Bu hadisə Belovej sazişinin üstündən 1 ay ötəndən sonra baş vermişdi”.

Tərcümə edən:  
Günəş FƏRHADLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir