Modern.az

MKM iştirakçısı: “Nə fərqi var, Mövlud Süleymanlı, yaxud Qan Turalı..” MÜSAHİBƏ

MKM iştirakçısı: “Nə fərqi var, Mövlud Süleymanlı, yaxud Qan Turalı..” MÜSAHİBƏ

Ədəbi̇yyat

4 Aprel 2013, 14:32


“Əlifba bayramında qətl” əsəri ilə MKM-in “qısa siyahısı”na düşən yazıçı Zahid Sarıtorpaq Modern.az-ın suallarını cavablandırıb.

– Müsabiqənin ilk üçlüyünə düşmək şanslarınız, sizcə, nə qədərdir?

– Əlbəttə, bunu əsəri “onluğ”a düşən hər bir yazar arzulayır yəqin ki. Eləcə də bu istək mənim də içimdən keçir. Amma hər şey ola bilər.

– Hansı yazarları qalib adına daha real namizəd hesab edirsiz?

– “Onluq”dakı əsərlərdən bircə Şəhriyar Del Geraninin romanını oxumuşam. Onun qalib olacağını düşünmürəm, çünki o biri əsərlərlə tanışlığım yoxdu ki, tutuşdurub hansısa bir nəticəyə gələm. Amma bu gənc yazar cilasız fikirləriylə çox nəsnələri sındırır və bu baxımdan əsərin erotikadan başqa bir sıra ayrı qatları da üzə çıxır. Maraqlı əsərdir, amma münsiflərin doğanağından keçə biləcəyini deyə bilmərəm. Qalan imzalarınsa hər birinə sayğı duyuram.

– MKM haqqında ümumi təəssüratlarınız necədir?

– Müsabiqənin geridə qalan mərhələsini münsiflərin obyektiv olub-olmaması şərtləndirir. İndi bilirsiniz məsələ necədir? “İyirmiliy”ə, “onluğ”a düşməyənlər, əlbəttə, deyə bilərlər ki, seçim obyektiv olmayıb. Bu da təbiidir. Heç kim öz yazdığını zəif hesab etməz. Münsiflərdən ikisini – Tehran Əlişanoğlunu və Elnarə Tofiqqızını şəxsən tanımıram, amma yazılarını oxumuşam. Üçünü isə, yəni Yaşarı, Mahir Qarayevi, Zahir Əzəməti ömrüm boyu vur-tut üç-dörd dəfə görməyimə baxmayaraq, gözəl tanıyıram. Onlar imzalarına və şəxsiyyətlərinə dərin sayqı duyduğum yazarlardır. Əsərimə də layiqli qiymət veriblər. Onlar sözü heç kimin ayağına vermədilər... Görək sonrası necə olur.

– MKM-in qaydalarda nəyi dəyişmək istərdiz?

– Təbii, neyləmək lazım olduğunu müsabiqə sahibi özü daha yaxşı bilir. Məsələn, məndən olsaydı, belə edərdim: gələcək müsabiqələrdə ancaq nəşr olunmamış əsərləri elektron variantda qəbul edərdim və son açıqlamaya qədər imzaları gizli saxlardım – nə münsiflərə bildirərdim, nə ekspertlərə.

– Qarşısında “milli” sözü olan müsabiqədə rusdilli əsərlərin iştirakına necə baxırsız?

– Düzdü, “milli” sözü, necə deyərlər, bir qədər aranı qarışdırır. Amma müsabiqənin adında dəyişiklik etməklə (nəsə bir şey fikirləşmək çətin deyil, məsələn: Özəl Kitab Müsabiqəsi və .) bu anlaşılmazlığı aradan qaldırmaq olar və yarışmaya nəinki rusca yazılmış əsərləri, eləcə də ölkəmizdə yaşayan digər azlıqların da öz ana dillərində yazdıqları bədii nümunələri (əgər belə əsərlər yazılırsa) cəlb etmək mümkündür. Bu, daha maraqlı və daha demokratik olar.

 MKM-in n yaş məsələsində uyğunsuzluq nəzərə çarpır. Birinci il Seyran Səxavət, Mövlud Süleymanlı kimi təcrübəli qələm sahibləri mükafatı ala bilmədiyi halda, son iki ildə imzası çoxlarına tanış olmayan yazarlar qalib adına yiyələndilər. Bu fakta münasibətiniz necədir? Həm gənclər, həm də yaşlı nəsil üçün ayrıca naminassiyada mükafatın təsis olunmasına necə baxırsız?

– Bununla qətiyyən razı deyiləm. Əgər gənc nəslin nümayəndəsi yaşlıə nəslin nümayəndəsiondən daha yaxşı, daha dolğun əsər yaza bilirsə, burda yaşın elə də bir önəmi yoxdur. Sadəcə olaraq ədəbiyyatın udması üçün ortalığa sanballı əsər qoyamq lazımdır. Buna kimin gücü çatırsa, qoy etsin. Nə fərqi var, əsəri Mövlud Süleymanlı təqdim etdi, yaxud Qan Turalı?! Mənim üçün bunun heç bir önəmi yoxdur. Təki ortalıqda normal bir mətn olsun.

 

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür